Bütün xəbərlər
11 fevral, 14:56

Həyatın elə yolları var ki, onları yalnız fədakar insanlar qət edə bilərlər. Müəllim olmaq təkcə bilik ötürmək deyil, həm də hər gün şagirdlərinin qəlbinə işıq salmaqdır. Bu, zəhmət, əzm və sevgi tələb edən bir yoldur. Mübariz Rüstəmov kimi müəllimlərin həyat yolu isə xüsusilə ilhamvericidir.

O, 1966-cı ildə Zərdabın Ağabağı kəndində doğulub. Ali təhsilini M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda alıb.

Bilik işığını ucqar kəndlərə daşımaq üçün Zərdab rayonunun ən ucqar kəndlərindən birində rus dili müəllimi kimi işə başlayıb, 1992-ci ildən isə İmişli rayonunun Ağamalılar kəndində çalışır. Burada onu hər gün bir sınaq gözləyir: məktəbə getmək üçün Kür çayını keçmək. Lakin Mübariz müəllim üçün bu, sadəcə fiziki maneə deyil. Bu çay onun fədakarlığının, iradəsinin və şagirdlərinə olan sevgisinin simvoludur.

"Təyinatımı Zərdabın ucqar kəndinə vermişdilər. Lakin sonradan öyrəndim ki, bizimlə qonşu olan İmişlinin Ağamalılar kəndində rus dili müəlliminə ehtiyac var, ona görə də iş yerimi bura dəyişdim. Bizim kəndin məktəbi ibtidai məktəbdir. Kəndimizin uşaqları ibtidai məktəbi bitirdikdən sonra bir qədər aralıda yerləşən Kəndəbil kənd tam orta məktəbinə gedirlər. Orada da iş təklif etmişdilər, lakin bir az aralıda olduğundan mənim üçün çayı keçmək daha rahatdır", - deyir Mübariz müəllim.

Hər səhər suların üzərindən keçib məktəbə tələsmək, bir sinif dolu gülərüz uşaqlara bilik vermək, onları sabaha ümidləndirmək – bu, yalnız əsl müəllimlərin bacardığı bir işdir. Mübariz müəllim bilirdi ki, o kimlərəsə lazımdır, kimlərinsə həyatına toxunur. Elə bu hiss də bütün çətinlikləri arxa plana keçirirdi.

Kənddə 2010-cu ilə qədər Kürü keçmək üçün bərə olub, lakin daşqın bərəni yuyub apardıqdan sonra yenidən bərpa etmək mümkün olmayıb. Lakin Mübariz müəllim deyir ki, bərə olan vaxtı da o dərs deməyə qayıqla gedib-gəlirdi, çünki bərənin yeri uzaqda idi...

"Ata-babalarımız balıqçılıqla məşğul olub. Kənddə çox adamın qayığı var. Orada işi olan digər insanlar da qayıqla gedib-gəlirlər. Çayın hər iki tərəfi meşəlikdir. Mən bu meşəlikdən keçərək işə gedirəm. Qayığı özüm düzəltmişəm. Suda qalıb çürüdüyü üçün hər 3 ildən bir onu təzələyirəm. Əsasən küləkli havalarda dalğa olduğu üçün təhlükəli olur. Bəzən gedəndə görürəm ki, külək qayığı aşırıb, içi su ilə dolub. Məktəbimiz beşgünlükdür və mən hər gün dərsə gedib-gəlirəm. Artıq öyrəşmişəm, mənim üçün qorxulu deyil".

Mübariz müəllim daim öz üzərində çalışır, bilik və bacarıqlarını təkmilləşdirir. Deyir ki, şagirdlərə fənnini sevdirmək üçün daim yeniliklər axtarışındadır. O, ötən il müəllimlərin sertifikatlaşdırmasından da uğurla keçib. Lakin tədrislə bağlı çətinlikləri də var:

"Məktəbimizdə kompüter və printer olmadığı üçün müəyyən çətinlik yaşayırıq. Xüsusən summativləri hazırlamaq, çap etmək olmur. Bu baxımdan kömək olunsa, yaxşı olardı".

Mütaliə Mübariz müəllimin həyatının ayrılmaz hissəsidir. Dünya klassiklərinin əsərləri, xüsusilə Lev Tolstoyun “Anna Karenina” romanı onun dünyagörüşünə, həyat fəlsəfəsinə təsir edib. Axı böyük ədəbiyyat insanı formalaşdırır, ona dərin duyğular, düşüncə genişliyi və həyat dərsləri bəxş edir.

Bir müəllimin həyat yolu heç vaxt asan olmur. Lakin bu yolun sonunda parlayan bir işıq – şagirdlərinin qazandığı bilik, onların gələcək uğurları var. Mübariz Rüstəmovun ömrü də bu işığa doğru gedən, Kür çayının o tayından bu tayına keçib maarifin çırağını yandıran bir müəllimin şərəfli yoludur.

Qənahət Lətifova

1 /10

Şərhlər

Xəbər lenti

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.