Bütün xəbərlər
28 yanvar, 20:31

“Müvafiq dövlət qurumlarının hazırladığı statistik hesabatlardan görürük ki, adətən , regionlarda orta məktəbi bitirən məzunların əksəriyyəti təhsilini davam etdirmir. Nəticədə bir neçə ildən sonra peşəsi olmayan böyük ordu yaranır.  Bu isə dövlətin üzərinə böyük məsuliyyət qoyur,  onda həmin şəxslərin məşğulluğunun təmini ilə bağlı öhdəlik yaradır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev “Lənkəran-Astara iqtisadi rayonunun inkişafında peşə təhsilinin rolu: İmkanlar və çağırışlar” mövzusunda Lənkəran şəhərində keçirilən regional konfransda səsləndirib.

Onun sözlərinə görə, ölkədə müasir təminatlı, beynəlxalq standartlara cavab verən 8 peşə təhsili müəssisəsi tikilməlidir. Artıq onlardan bəziləri tikilib istifadəyə verilib. 2026-cı ilə qədər bəziləri də tikilib istifadəyə veriləcək:”Sevindirici hal odur  ki, 8 müəssisənin 6-sı regionların payına düşür. Bu da Elm və Təhsil Nazirliyinin region gənclərinin peşə təhsilinə cəlbi ilə bağlı apardığı strategiyaya uyğundur”.

Agentliyin direktor müavininin sözlərinə görə, Salyan, Qax, Quba, Tovuz rayonlarında da peşə təhsili müəssisələri tikilib istifadəyə veriləcək: 

“Bilirik ki, peşə təhsilinin keyfiyyətli tədrisi üçün infrastruktur, maddi-texniki baza əsas məsələdir. Cəlilabad rayonunda peşə təhsili müəssisəsi 2022-ci ildə tikilib istifdəyə verilib. Həmin vaxt orada 400-ə yaxın tələbə var idi, amma cari tədris ilində tələbələrin sayı 980 nəfərə yaxınlaşıb”.

Kənan Mirzəyev qeyd edib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin prioritetlərindən biri 2026-cı ilin sonuna qədər 15 təhsil proqramının yenilənməsi və tədris olunmasıdır:

"Bu təhsil proqramları əmək bazarının tələblərinə uyğun hazırlanır, işəgötürənlərin fikirləri öyrənilir.  Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən digəri peşə təhsili müəssisələrində mərhələli şəkildə adambaşına maliyyələşdirmə mexanizminə keçirilmədir”.

Şərhlər

Xəbər lenti

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.