Bütün xəbərlər
test
1 noyabr, 12:01

Bakı şəhəri 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) pedaqoji heyəti və dərnək üzvlərinin hazırladığı "Xarıbülbül dastanı" tamaşası təqdim olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, 8 Noyabr-Zəfər Gününə həsr olunan tamaşa Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində nümayiş etdirilib.

Vətən Müharibəsində şücaət göstərən igid oğulların qəhrəmanlıq hekayələri əsasında səhnələşdirilmiş tamaşanı Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin müdiri Elnur Əliyev, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilufər Rəhimova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri,  şəhid ailələri, qazilər, müəllimlər və dərnək üzvləri izləyiblər.

Tamaşanın əsas məqsədi uşaqların dili ilə doğma torpaqların azadlığı üçün şücaətlər göstərən oğulların vətənpərvərliyini, mərdliyini və onların qorxmazlığını fərqli təqdimatda nümayiş etdirməkdən ibarətdir.

Qeyd edək ki, "Xarıbülbül dastanı" tamaşası 7 nömrəli UGİM-in pedaqoji heyəti, "Məktəb teatrı", "Mahnı və vokal" və "Rəqs" dərnəklərinin üzvləri tərəfindən hazırlanıb. Tamaşada iştirak edən uşaqlar Bakı şəhəri 162, 51, 49, 159 və Laçın rayonu 40 nömrəli tam orta məktəblərin şagirdləridir.

1 /9

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/01%20November%202024/4fac2a05-3ca7-4944-a110-ae159d479dbd_001-01.11.2024-2.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/01%20November%202024/a8b6baf3-940b-484e-845e-ce3413b2639b_001-01.11.2024-5.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/01%20November%202024/dfecd2cd-7b56-471d-9c2a-acd5770eb40b_001-01.11.2024-6.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/01%20November%202024/a23f01b5-974b-4310-98b8-4a382112626b_001-01.11.2024-7.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/01%20November%202024/81e5e752-192b-4da2-8a16-dd12a4677f6c_001-01.11.2024-3s.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/01%20November%202024/fb464de1-4ea2-4cd7-ad94-185a12133c96_001-01.11.2024-4.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/01%20November%202024/774c3192-730d-403c-a68b-01a04fa26d67_001-01.11.2024-8.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/01%20November%202024/536becb0-1fd5-4c47-8079-70c8783498f6_001-01.11.2024-11.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/01%20November%202024/a77db7cf-29db-4135-9ac1-a0a920477059_001-01.11.2024-9.jpg

Xəbər lenti

15 yanvar, 21:45

Qlobal istiləşməni 1,5°C-də saxlamaq nə üçün vacibdir?

15 yanvar, 17:50

Süni intellekt artıq insanın prototipini də yarada biləcək

15 yanvar, 17:47

Şagirdlərin 79%-i müəllimlərin işlərindən zövq alaraq dərs dediyini qeyd edir

15 yanvar, 17:46

Niyə fəlsəfə doktorlarının çoxu qadınlardır? – Alim şərhi

15 yanvar, 17:40

Uşaqların sosial inkişafında oyunların əhəmiyyəti

15 yanvar, 17:40

Strateji idarəetmə: Məktəbin inkişafına aparan yol xəritəsi

15 yanvar, 17:34

Uşaqlara baxmaları üçün cizgi filmi seçəndə diqqətli olun!

15 yanvar, 17:31

“Hansı printeri istədiyimi soruşanda inana bilmədim” – Özəl şirkətdən məktəbə dəstək

15 yanvar, 17:30

Şagirdlərə elmi araşdırma aparmağı öyrətməyin əsas prinsipləri 

15 yanvar, 17:14

Naxçıvan Dövlət Universitetdə yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılıb

15 yanvar, 17:00

Milli Aviasiya Akademiyası “IELTS imtahanına təşviq” layihəsinə qoşulub

15 yanvar, 16:42

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

15 yanvar, 16:37

ADNSU-da TKTA-nın nümayəndələri ilə birlikdə görüş keçirilib

15 yanvar, 16:34

Təhsil işçilərinə psixoloji dəstək məqsədilə xüsusi layihəyə start verilib

15 yanvar, 16:22

Universitetlərdən xaric edilən tələbələrin sayı açıqlanıb

15 yanvar, 16:19

Şirvan Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət necə təşkil olunub?

15 yanvar, 16:02

İnternat Məktəb Müəllimlər Birliyinin açılışı olub

15 yanvar, 15:48

Ekspert: Bizdə doktoranturaya qəbul ola bilməyənlər Rusiya və Türkiyəyə üz tuturlar

15 yanvar, 15:33

DİM-in keyfiyyət idarəetmə sistemi qiymətləndirilib

15 yanvar, 15:32

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.