Bütün xəbərlər
29 noyabr, 17:07

2024-2025-ci tədris ili üzrə planlaşdırılmış fəaliyyətlər əsasında ümumi təhsil müəssisələrinin metodist və müəllimlərinin əməkdaşlığı ilə dərs dinləmələr təşkil edilib.. 

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, dərs dinləmələrin məqsədi metodik görüşlərdə, təlimlərdə öyrədilən proseslərin tətbiqinin dəyərləndirilməsi və qarşıya çıxan problemlərin müəyyənləşdirilməsidir. Dinləmələr zamanı müəllimlərin təlim məqsədlərinə nail olmaq istiqamətində metodiki bacarıqları dəyərləndirilib. Dərslərin müşahidəsi dərs dinləmənin qeydiyyat vərəqində qeyd olunmuş meyarlar əsasında aparılır. Müşahidə olunan dərslərdən sonra tədrisin effektivliyini artırmaq üçün müəllimlərin hər birinə konstruktiv fərdi rəylər verilib. Bu proses müəllimlərə öz fəaliyyətlərini effektiv refleksiya etməyə və problemləri özlərinin araşdırmalarına istiqamət verir. Fərdi rəyin verillməsi həmçinin metodist və müəllimlər arasında effektiv ünsiyyətin və əməkdaşlığın inkişafına da təkan verən prosesdir.

Dərs dinləmə prosesindən sonra planlaşdırılan proses metodik görüşlərin təşkil edilməsi olur. Bu zaman müəllimlər araşdırdıqları, öyrəndikləri yeni məlumatları metodik görüşlər zamanı paylaşır və tətbiq etmək yollarını müzakirə edirlər.

Qeyd edək ki, “Müasir metodist” layihəsinin məqsədi şagird nailiyyətinin yüksəldilməsi istiqamətində müəllimlərin metodiki bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə onların peşəkar inkişafının təmin edilməsidir.

1 /3

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.