Bütün xəbərlər
6 dekabr, 15:30

ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində kvant hesabalamaları üçün "Silikon Vadisi"nə bənzər texnologiya parkı yaradılacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, "İllinoys Kvant və Mikroelektronika Parkı" Çikaqodakı "Steel" şirkətinin əvvəllər 20 min nəfəri işə götürdüyü köhnə "South Works" sahəsində, 128 hektar ərazidə yerləşəcək.

Bu parkda əsas icarəçi olan "PsiQuantum" 1 milyon kvant bitindən (qubit) ibarət kvant kompüteri qurmağı planlaşdırır. Bu, şirkətin Avstraliyadakı "Brisbane" layihəsi ilə birlikdə ən güclü kvant kompüteri olmağı hədəfləyir.

"PsiQuantum" mikroelektronika və fotonika sahələrində mövcud infrastrukturdan istifadə edərək sürətli şəkildə geniş auditoriyalara çatmağı planlaşdırır. İnşaatın 2025-ci ilin əvvəlində başlaması gözlənilir.

Çikaqo Kvant Mübadiləsi rəhbəri Kate Waimey Timmerman bildirib ki, bölgədəki universitetlər və milli laboratoriyalarda bir neçə tədqiqat aparılır. Lakin bu tədqiqatlar özəl sektorda inkişaf etmədiyi və ya sahil bölgələrinə köçdüyü üçün iqtisadi inkişafda çətinliklər yaranır. "PsiQuantum" və digər şirkətlər bu boşluğu doldurmaq və bölgədə kvant sahəsində böyük inkişaf yaratmaq məqsədini güdürlər.

İllinoys ştatı layihəyə 500 milyon, Çikaqo şəhəri və "Cook County" hər biri 5 milyon dollar sərmayə qoyacaq. PsiQuantum şirkəti isə əlavə olaraq 200 milyon dollar subsidiya alaraq, 154 yeni iş yeri yaratmalıdır.

"PsiQuantum"un rəhbəri Stratton Sclavos kvant tətbiqlərinin tibb sahəsində, xüsusilə dərman istiehsalında geni.ş istifadə edilə biləcəyini qeyd edib: "Məsələn, bu gün klassik kompüterlər 200.000-ə qədər kimyəvi maddəni test edərək çox uzun müddətdə nəticələr əldə edirlər, amma kvant texnologiyası yüksək dəqiqliklə və qısa müddətdə bu maddələri təhlil edə bilər".

Qeyd edək ki, İllinoys ABŞ-də federal hökumət tərəfindən maliyyələşdirilən ən yaxşı 10 kvant tədqiqat mərkəzindən dördünə sahibdir, bunlara Çikaqo Universiteti, İllinoys Universiteti, Fermilab və Argonne Milli Laboratoriyası daxildir. Bu tədqiqat mərkəzlərinin gücü və IQMP parkının yaradılması bölgənin kvant texnologiyasında daha böyük inkişaflar əldə etməsini təmin edəcək.

Mənbə: https://www.msn.com/en-us/money/smallbusiness/chicago-wants-to-build-the-silicon-valley-of-quantum-computing/ar-AA1vfMqS?ocid=hpmsn&cvid=46472736ccc94f74fb4c47bbf56061cf&ei=41

Şərhlər

Xəbər lenti

1 iyul, 21:00

50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

1 iyul, 18:52

Xorvatiyada təhsil və bacarıqlar

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.