Bütün xəbərlər
6 dekabr, 17:13

Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib. Forumda uşaqlar müxtəlif 7 mövzu üzrə qruplaşaraq, müzakirələr aparıb, müvafiq təkliflərlə çıxıb ediblər. 

“Azərbaycan müəllimi” forumda iştirak edən uşaqların bir neçəsi ilə söhbətləşərək onların tədbirlə bağlı təəssüratlarını öyrənib.

“Prezidentimizin təbrik məktubu bizə böyük sevinc bəxş etdi” 

Müsahiblərimizdən biri Ağdam rayon Nizami qəsəbəsinin Hafiz Əsgərov adına tam orta məktəbinin 11-ci sinif şagirdi Cəlal Abdullayevdir. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Ağdam rayonu üzrə regional nümayəndəsi, həmçinin ulu öndər Heydər Əliyevin 101 illik yubileyi münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika ikincisidir: “Fəxr edirəm ki, Ağdamı burada təmsil etdim. Uşaqların hüquqlarının təmini, ekoloji problemləri, iqlim  dəyişiklikləri zamanı ortaya çıxan çətinlikləri forumda gündəmə çıxarmaq çox gözəl təşəbbüs idi. 

Mənim iştirak etdiyim I panelin mövzusu "Uşaq hüquqları - İnkişaf üçün birləşək, ekoloji hüquq" idi. Forum zamanı bizə, yəni 7 panel üzrə iştirak edən bütün uşaqlara təlimlər keçildi və bunun nəticəsi olaraq hər qrup öz mövzusuna uyğun olaraq 3 təklif irəli sürdü. I panelin təkliflərindən biri də "Xəzər dənizi könüllüləri" adlı layihə oldu. Ümumiyyətlə, könüllülük prinsipinə əsaslanan layihələr komitənin sədri Bahar Muradova tərəfindən bəyənildi. Mən xüsusilə bildirmək istərdim ki, bu görüş çox yaxşı şəkildə təşkil edilmişdi. Sonda uşaqlar üçün əyləncə təşkil edildi. Prezidentimizin  uşaqlara göndərdiyi təbrik məktubu bizə çox böyük sevinc bəxş etdi. Bu forum Azərbaycan uşaqlarının həmrəyliyi deməkdir. Onlar ölkənin ekologiyası, uşaqların gələcəyi, hüquqları ilə bağlı atılan addımları birlikdə müzakirə edirlər”.

“Təhsildə qarşılaşdığımız problemləri, həll yollarını dövlət rəsmilərinə təqdim etdik”

Forum iştirakçılardan digəri Uşaq Səfirlər Məclisinin üzvü Rəvanə İbrahimovadır. Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbin 11-ci sinif şagirdi R.İbrahimova 2022 -ci ildən Uşaq Səfirlər Məclisində region nümayəndəsi olaraq fəaliyyət göstərir: “Burada iştirak mənim üçün doğrudan da qürurverici hiss oldu. Mən “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar” panelinin iştirakçısı oldum. Forumun rəsmi hissəsi bitdikdən sonra bizə təlim keçirildi. Forumda təhsildə qarşılaşdığımız problemləri, həll yollarını, təklifləri dövlət rəsmilərinə təqdim etdik. İnanıram ki, mənimlə birlikdə forumda iştirak edən yüzlərlə uşağın gələcəkdə atacağı hər uğurlu addımda forumun tövsiyələri müəyyən rol oynayacaq”.

“Ətraf mühitin qorunması ilə bağlı geniş formada məlumatlandıq”

Forumdakı iştirakçıların fasiləyə çıxmasından istifadə edərək daha bir şagirdə yaxınlaşdıq. O, Bakı şəhər Xətai rayonu 264 nömrəli məktəbin 10-cu sinif şagirdi Tərlan Əhədzadədir. Forumun iştirakçısı olmaq onda çox qürurverici və fərqli hisslər yaşadır. Bu forumun digərlərindən fərqləndirdiyini dilə gətirən Tərlan deyir: “Forumda iştirakçılar  7 mövzu üzrə qruplara bölünüb. Onların hər birində uşaq hüquqları və ekologiyaya aid mövzulara yer verilib. Mən 1-ci qrupun iştirakçısıyam. Qrupumuzun mövzusu “Uşaq hüquqları: İnkişaf üçün birləşək” idi. Orada mövzu üzrə müxtəlif müzakirələr apardıq. Sonda aktual olan 3 təklifi foruma təqdim etdik”.

2009-cu ildən başlayaraq 3 ildən bir keçirilən forumun digər iştirakçısı Heydər Əliyev adına liseyin 10-cu sinif şagirdi Fatimə Fətəliyeva Uşaq Səfirlər Məclisinin Uşaqlarla iş departamentinin üzvüdür. Fatimə deyir ki, bu il “Yaşıl dünya naminə həmrəylik ili” olduğundan bütün mövzuları ekologiya ilə əlaqələndiriblər: “Tədbirimizin də adı “Uşaqlar və ekologiya”dır. 300-dək uşağın iştirak etdiyi forum bizim üçün çox əyləncəli, maraqlı və interaktiv keçdi. Ekologiyanın və ətraf mühitin qorunması ilə bağlı geniş formada məlumatlandıq. Gələcəyimizə sahib çıxmağı özümüzə borc bilirik. Belə ki, 7 mövzu üzrə aparılan müzakirələr nəticəsində qrup rəhbərləri səhnədə öz fikirlərini bildirib, uşaqların təkliflərini səsləndirdilər. Bizə verilən məlumata görə, 2025-ci ildə bu layihələrin bəzilərinin həyata keçiriləcəyi nəzərdə tutulub. Düşünürəm ki, forum uşaqlarda yaxşı təəssürat yaratdı, onlar müxtəlif təcrübələr qazandılar”.

Şərhlər

Xəbər lenti

7 iyul, 17:49

BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

7 iyul, 17:31

İdmançılarımız İtaliyada böyük uğur qazandılar

7 iyul, 16:40

“Müəllimlərimin mənə verdiyi motivasiyanı indi öz şagirdlərimə ötürürəm” – Uğur yolu

7 iyul, 15:27

II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlanıb

7 iyul, 14:58

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 iyul, 14:35

Veb-texnologiyaları üzrə “WorldSkills Azərbaycan 2025” yarışı yekunlaşıb

7 iyul, 14:35

İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir

7 iyul, 14:30

“Olimpiadalar real bacarıqlara fokuslanmaq imkanı verir” – Beynəlxalq olimpiadadan medalla qayıdanlar

7 iyul, 13:31

DİN süni intellekt və IT sahələri üzrə təqaüd proqramına start verib

7 iyul, 12:56

Sabahın hava proqnozu açıqlanıb

7 iyul, 12:40

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

7 iyul, 11:42

Məktəbəqədər təhsilin təşkili strategiyalarına dair təqdimat keçirilib

7 iyul, 11:25

Peşə təhsilini bitirmədən iş təklifi aldı – Uğur hekayəsi

7 iyul, 11:15

Geomaqnit qasırğası gözlənilir

7 iyul, 11:04

Universitetlər üçün tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

7 iyul, 11:00

Quba-Xaçmaz regionunun müəllimlərinin kurikulumla bağlı bilikləri artırılır

7 iyul, 10:58

Magistratura üzrə ixtisas seçimi başlayır

7 iyul, 10:55

Naxçıvanda ötən tədris ilinin İLKLƏRİ

7 iyul, 10:25

“BMU-nun dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olması tarixi nailiyyətdir” – MÜSAHİBƏ

7 iyul, 10:10

Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz – Yusif Məmmədəliyev–120

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.