Bütün xəbərlər
6 dekabr, 17:30

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin birgə tərəfdaşlığı çərçivəsində “BP Azərbaycan” şirkətinin  maliyyə dəstəyi və “Toyota Abşeron Mərkəzi”nin təşkilati dəstəyi ilə “Sənətin varsa, Sənədin olacaq!” layihəsi çərçivəsində “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə praktik imtahan həyata keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

“Avtomobil mühərriklərinin yığıcısı” peşəsi üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi  istiqamətində nəzəri imtahanı uğurla keçən namizədlər praktiki imtahan üçün Toyota Abşeron Mərkəzinin servis bazasına dəvət olunublar.

TKTA nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində işəgötürən tərəfin nümayəndəsi qismində “Subaru Azərbaycan” şirkətinin Mexaniki bölmə nəzarətçisi Ziya Nəsirov, sahə üzrə müstəqil ekspert qismində təlimçi-ekspertlər Əlzamin İsrafilov, Lalə Orucova, İlahə İbrahimova və Aygün  Adıgözəlova iştirak ediblər.

Sözügedən layihənin əsas məqsədi neft və qaz boru kəmərləri keçən rayonlarda yaşayan əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının artırılması, hüquqlarının müdafiəsi, gəlir əldə etmək imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.

Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə diplomla təltif olunublar.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.