Bütün xəbərlər
13 fevral, 08:00

İtalyanın “Luiss Guido Carli” Universitetinin nümayəndə heyəti İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ADA Universitetinə səfər edib. 

ADA Universitetindən “Azərbaycan müəllimi”nə bildirilib ki, səfərin əsas məqsədi akademik proqramların genişləndirilməsi, tələbələr üçün yeni imkanların araşdırılması və institusional əlaqələrin dərinləşdirilməsidir. Səfər çərçivəsində sözügedən universitetin akademik və inzibati rəhbərlərindən ibarət nümayəndə heyəti ADA Universitetinin prorektorları, dekanları və İtaliya-Azərbaycan Universiteti təşəbbüsünün həyata keçirilməsinə cavabdeh olan ekspertlərlə görüşlər keçirəcək. Müzakirələr akademik əməkdaşlığın genişləndirilməsi və birgə proqramların uğurlu icrasına yönələcək.

Görüşlərin əsas mövzularından biri ADA Universitetinin Hüquq fakültəsi ilə birgə həyata keçiriləcək 3+2 formatında hüquq proqramının tətbiq olunmasıdır. Proqrama əsasən, tələbələr üç il Bakıda, iki il isə Romada təhsil alacaqlar. Bu model beynəlxalq hüquq təhsili və qlobal miqyasda fəaliyyət göstərə biləcək mütəxəssislərin hazırlanmasını təmin edəcək. Beşillik təhsil dövrünün sonunda tələbələr hər iki universitetin diplomunu əldə edəcəklər.

Eyni zamanda, görüşlərdə beynəlxalq münasibətlər sahəsində iki diplomlu magistr proqramının yaradılması imkanları müzakirə olunacaq. Bu proqram ADA Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə Magistratura proqramını “Luiss Guido Carli” Universitetinin Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi ilə birləşdirməyi nəzərdə tutur. Yüksək akademik göstəricilərə malik tələbələr üçün nəzərdə tutulan bu proqram diplomatiya və beynəlxalq münasibətlər sahəsində dərin biliklər qazandıraraq qlobal karyera imkanlarını genişləndirməyə istiqamətlənib.

Akademik müzakirələrlə yanaşı, həmin universitetin nümayəndə heyəti Azərbaycan hökumətinin nümayəndələri ilə də görüşəcək. Bu görüşlərdə "Made in Azerbaijan" brendinin inkişafına dair əməkdaşlıq perspektivləri müzakirə ediləcək və təhsil vasitəsilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi yolları araşdırılacaq.

1 /3

Şərhlər

Xəbər lenti

23 mart, 16:03

İsmayıllıda şagirdin məktəbdə xəsarət almasına aydınlıq gətirilib

23 mart, 14:58

Ekoloji problemlərin həllinə töhfə - Şəki məktəblilərinin uğuru

23 mart, 11:23

"Novruz-2025" düşərgəsi təşkil edilib

23 mart, 11:00

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

23 mart, 09:20

“Müəllim uşağın qəlbinə gözəl insani duyğuların toxumunu səpməyi bacarmalıdır”

22 mart, 20:00

Türkiyədə süni intellekt əsaslı fərdiləşdirilmiş öyrənmə sistemi işə salınıb

22 mart, 18:28

Cənubi Avstraliyada telefon qadağası şagird davranışlarını yaxşılaşdırıb

22 mart, 16:25

Hakaton modelinin yeni formatları üzərində işin aparılması planlaşdırılır

21 mart, 17:00

Valideynlərin rəyi məktəbin reytinqinin formalaşmasında rol oynayacaq

21 mart, 13:15

Elektron gündəliklərin yaradılması planlaşdırılır

21 mart, 11:57

“Atam mükafatının hamısını fəhlələrə paylanılmasını tapşırmışdı” – Səməd Vurğun xatirələrdə

20 mart, 14:37

BSU-nun rektoru Qubada məktəblilərlə görüşüb

20 mart, 10:00

Bu gün Azərbaycana bahar fəsli daxil olur

20 mart, 08:22

Novruz bayramı - milli kimliyimizin və ümumbəşəri dəyərlərin rəmzi

19 mart, 17:34

MİQ-də iştirak edə biləcək qeyri-pedaqoji ixtisaslar bəlli olub - SİYAHI

19 mart, 16:45

Bayramdan sonra ilk dərs gününün vaxtı açıqlanıb

19 mart, 16:41

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin ilkin mərhələsinin müddəti uzadılıb

19 mart, 14:54

Beynəlxalq Təhsil İcmalı – Mart 2025

19 mart, 14:43

Tələbələr internetdən güzəştlə istifadə edəcəklər

19 mart, 14:38

Nilüfər Rəhimova: Hakaton şagirdlərin əmək bazarının tələblərinə uyğunlaşmasına şərait yaradır – MÜSAHİBƏ

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.