Bütün xəbərlər
29 aprel, 18:05

Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitetin “Enactus” komandasının təşkilatçılığı ilə “Gələcəyin intellekti: Süni intellektin tətbiqi, innovasiyası və gələcək perspektivləri” mövzusunda təlim baş tutub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbiri giriş sözü ilə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov açaraq təlim iştirakçılarını salamlayıb və bu təşəbbüsün aktual və strateji əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu kimi tədbirlər gənclərin intellektual inkişafına, rəqəmsal dünyada yerini möhkəmləndirməsinə və gələcək əmək bazarına uyğunlaşmasına mühüm töhfə verir. Professor A. Zamanov çıxışında Ümummilli Lider Heydər Əliyevin gənclərin elm, texnologiyaya və intellektual inkişafına yönəlmiş siyasətindən bəhs edərək bildirib ki, məhz bu strateji baxış bu gün Azərbaycanın elm və texnologiya sahəsində əldə etdiyi uğurların təməlini təşkil edir. O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən rəqəmsallaşma siyasəti, elektron hökumət təşəbbüsləri və rəqəmsal transformasiya proqramları süni intellektin dövlət səviyyəsində prioritet sahə kimi müəyyən olunmasına səbəb olmuşdur. Prorektor xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin dekabrında imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” bu istiqamətdə dövlət siyasətinin əsas sənədlərindən biri kimi çıxış edir. Strategiyada süni intellektin etik çərçivədə inkişaf etdirilməsi, insan resurslarının hazırlanması, elmi-tədqiqat mühitinin dəstəklənməsi və milli innovasiya sisteminin gücləndirilməsi kimi mühüm hədəflər əks olunub.  Qeyd edilib ki, gələcəyin peşələri artıq bugünkü reallığa çevrilməkdədir və bu baxımdan hər bir gəncin bu dəyişən dünyaya hazır olması, bilik və bacarıqlarını davamlı şəkildə yeniləməsi mühüm əhəmiyyət kəsb edir. A.Zamanov bu baxımdan, tədbirin olduqca vacib əhəmiyyətə malik olduğunu qeyd edib.

Daha sonra çıxış edən ADPU “Enactus” komandasının rəhbəri Şahin Məmmədli tədbirin təşkilində məqsəd və prioritet istiqamətlər barədə məlumat verib, tələbələrin bu kimi layihələr vasitəsilə innovativ düşüncə tərzini inkişaf etdirməsinin vacibliyini vurğulayıb. Ş.Məmmədli həmçinin komanda tərəfindən yeni süni intellekt əsaslı layihə üzərində iş aparıldığını bildirib və bu sahəyə marağı olan gəncləri layihəyə qoşulmağa dəvət edib.

Təlimin əsas məruzəçisi – Azərbaycan Memarlıq və İnşaat Universitetinin İKT Mərkəzinin direktoru və “AlphaOmega” MMC-nin təsisçisi Sərxan Talıbzadə süni intellektin aktual tətbiq sahələri, innovativ texnologiyalar və gələcək inkişaf perspektivləri barədə ətraflı təqdimatla çıxış edib. Təqdimat zamanı iştirakçılar təhsil, səhiyyə, sənaye, iqtisadiyyat və sosial sahələrdə süni intellektin tətbiqi, eyni zamanda bu texnologiyaların potensial riskləri və etik məsələləri barədə geniş məlumat əldə ediblər.

Tədbir interaktiv müzakirələrlə və iştirakçıların suallarına cavablarla davam edib.

1 /4

Şərhlər

Xəbər lenti

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.