Bütün xəbərlər
22 aprel, 11:31

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təbliğat-təşviqat komandası tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli məktəb-liseydə yuxarı sinif şagirdləri üçün maarifləndirici görüş təşkil olunub.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, görüşün əsas məqsədi ümumi təhsil müəssisələrinin şagirdlərini ali təhsil sisteminin tələbləri, AzMİU-da mövcud olan tədris istiqamətləri və ixtisaslar, həmçinin universitetin elmi-tədqiqat və layihə fəaliyyəti barədə məlumatlandırmaqdan ibarət olub. Tədbir çərçivəsində AzMİU-nun struktur quruluşu, tədris planları, təqaüd sistemləri, maddi-texniki baza, beynəlxalq əməkdaşlıq əlaqələri və karyera imkanları barədə söhbət açılıb.

Tədbir interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb, ixtisas seçimi ilə bağlı vacib məqamlar vurğulanıb. AzMİU nümayəndələri ali təhsildə innovativ yanaşmalar, mühəndislik və memarlıq sahələrində müasir çağırışlar və bu istiqamətlər üzrə universitetdə aparılan yeniliklər haqqında məlumat veriblər.

Universitet tərəfindən keçirilən bu kimi təbliğat-təşviqat tədbirləri gənclərin peşə yönümündə düzgün istiqamətləndirilməsi və onların ali təhsil müəssisəsinə inteqrasiyasının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

1 /4

Şərhlər

Xəbər lenti

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

17 sentyabr, 09:34

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.