Bütün xəbərlər
15 aprel, 11:27

Xocalıda yollar, cığırlar çoxdur. Amma məktəb yolu hər birimiz üçün daha yaddaqalan, daha müqəddəs olub. Bir zamanlar bu yol əllərində çanta, məktəbli forması geyinmiş uşaqlarla dolar, üz-gözündən sevinc yağan uşaqlar məktəbə tələsərdi.

Düz 33 il əvvəl mən də bu yolla Xocalı məktəbə yollanırdım. İndi yol həmin yol olsa da, çox şey dəyişib. Axı aradan uzun illər keçib…

Ətrafa boylanıram. İrəlidə saçlarına sanki dağların qarı ələnmiş bir qadını görüb yaxınlaşıram. Bu odur! Həmin müdhiş gecədə oğlunu, həyat yoldaşını, atasını, anasını, bacı-qardaşlarını itirmiş Elmira ana! Salamlaşırıq. Deyir:

- Oğlum polisdir, gecəsi-gündüzü yoxdur. Gəlinim də bağçada işləyir. İşdən icazə ala bilmədilər deyə valideyn iclasına mən gedirəm. Yolumuz birdir, gedək.

Yol boyunca nəvəsindən danışır. Məktəbin qarşısında əlində rəsm tutmuş bir oğlan atasına sevincək səslənir:

-  Ata, bax, özüm çəkmişəm ey…

Şəhidin qızı - Xatirələrə yolculuq

Xocalı şəhər 1 nömrəli tam orta məktəbə daxil oluruq. Valideyn iclasına hələ xeyli vaxt var. Qapısı açıq olan sinifdə müəllim stol arxasında əyləşib. Bir anlığa xəyal məni o illərə aparır, əlimdə jurnal, ilk dəfə sinfə daxil olduğum gün yadıma düşür…

Tənəffüs olsa da, müəllim jurnal yazmaqla məşğuldur. Bu, Milli Orduda xidmət etmiş, şəhid Malik İmaninin qızı Ruhiyyə İmanidir. O, iki - 2 və 4-cü siniflərə dərs deyir.

- Ruhiyyə xanım, uzun illərin təcrübəsi olsa da, bilirəm ki, 45 dəqiqə ərzində birləşmiş sinfə dərs demək çətindir, elə deyilmi?

- Əlbəttə. Uşaq sayı az olduğuna görə siniflər birləşdirilib. Şagirdlərdən dərs soruşmaq, yeni mövzunu hər iki sinfə izah etmək çox çətindir.

Gözüm kağızdan kəsilmiş fiqurlara sataşır. Bugünkü dərslərin mövzusu “Kəsirlərin müqayisəsi” və “3 və 4-ün vurma cədvəli”dir.

- Uşaqlara əyani vəsaitlə başa salanda tez qavrayırlar, — deyir Ruhiyyə müəllim.

Şəhidlərin ruhunu daşıyanlar

Ruhiyyə müəllimin atası Malik şəhid olub. Xocalı faciəsi zamanı anası Sona xanım 12 gün meşədə ac-susuz qalıb. Ailəsi ilə birlikdə donaraq Ağdama çatan xalasının övladları - Ənvər və Salman ayaq barmaqlarını itiriblər. 

Ruhiyyə xanım bu gün o ailənin simvolu — itkilərə baxmayaraq, gələcəyə işıq tutan müəllimdir.

Tarixin içindən dərs deyən müəllim 

Zəng çalınır. Müəllimlər sinif otaqlarına tələsirlər. Əməkdar müəllim Tamella Bilalova da 7-ci sinfə tarix dərsi keçməyə gedir. Onun ailəsinin tarixi isə Azərbaycan tarixinin qanlı səhifələrində yazılıb.

Həyat yoldaşı Kamil Məmmədov Xankəndidəki “Mərkəzləşmiş avtobaza”da baş mühəndis işləyirdi. Qarabağ müharibəsi başlayanda Milli Orduya yazıldı və Xocalı soyqırımı zamanı əsir düşərək bir daha geri dönmədi…

Tamella müəllimin qardaşı Namiq də o gecə şəhid olub. 

Bu cəfakeş xanım 3 övladını atasız böyüdüb, çətinliklərə sinə gərərək onların gələcəyini qurub.

“Azərbaycan” səslənən sədalar 

Digər sinifdə Zəminə Məmmədovanın dərsi gedir. Uşaqlara Səməd Vurğunun “Azərbaycan” şeirini öyrədir. Kimsə ucadan oxuyur:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Zəminə müəllimə də həmin o dəhşətli gecədə qardaşı Kamili itirib. Atası Əmir dayı əsirlikdə işgəncələr görmüş, oğul dərdindən beli bükülmüş bir ağsaqqal idi.

Sükutla danışan müəllim: Ağrılı tarix

Müəllim Nazilə Məmişova uşaqlara rus dili öyrədir. Uzun illər beynəlmiləlçilikdən danışardı. Amma o gecə atasını və qardaşını itirəndən sonra sükutun içində danışmağa başlamışdı…

Ağappaq geyimdəki gənc — Reyhan Qumaşova ingilis dili müəllimidir. Həyat yoldaşı hərbçidir.

Nəvai Həsənov də o dəhşətli gecənin şahididir. Kiçik yaşda ailəsinin əksər üzvlərini — atasını, nənəsini, bibilərini itirib. İllər sonra həmin məktəbə direktor kimi qayıdıb…

Qayıdışın mübarək, Xocalı məktəbi!

Sevindirici haldır ki, dərs ilinə 32 şagirdlə başlayan Xocalı məktəbində oxuyanların sayı artıq 92-ə, müəllimlərinin sayı 17-ə çatıb. Bu, sadəcə, bir rəqəm deyil, dirçəliş, qayıdışın təntənəsidir. 

Mən gəldiyim doğma yolla bir dünya acılı-şirinli xatirələrlə, daha çox qürurla geri dönürəm.

Qayıdışın mübarək, Xocalı məktəbi! Bir daha ağrılar yaşamayasan!

Böyük dərdlərə sinə gərib, Xocalıya yeni nəfəs verən, gənc nəslə elm və vətənpərvərlik öyrədən müəllimlərimiz, bu müqəddəs peşənizdə sizə uğurlar diləyirik!

1 /5

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.