Bütün xəbərlər
15 oktyabr, 17:16

Bakı Mühəndislik Universitetində (BMU) bp şirkətinin 2025-ci il üzrə elan etdiyi “Tələbələrin işə qəbul, təcrübə, bp-ni kəşf et proqramı” ilə bağlı məlumatlandırma tədbiri keçiriləcək.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. 

Oktyabrın 22-də saat 13:00-da universitetin Yeni Bina Akt zalında təşkil olunacaq tədbirdə proqramlarda iştirakla bağlı ətraflı məlumat veriləcək.  

Tədbirdə iştirak etmək üçün 22 oktyabr 2024-cü il tarixinədək qeydiyyat formasını doldurmaq xahiş olunur: 

Qeydiyyat linki: https://forms.gle/vM3dpKTaAB3tW6zN9

Tədbir zamanı dərs vaxtlarına düşən aşağıdakı ixtisasların və kursların tələbələri yalnız qeydiyyatdan keçərək tədbirdə iştirak etdiyi halda dərslərindən onlar üçün icazə alınacaq:

2025-ci ildə məzun olacaq  4-cü kurs tələbələri

Mexanika mühəndisliyi, Mexatronika mühəndisliyi

Proseslərin avtomatlaşdırılması mühəndisliyi

2026-cı ildə məzun olacaq 3-cü kurs tələbələri

Mexanika mühəndisliyi, Mexatronika mühəndisliyi,

Elektrik və elektronika mühəndisliyi,

Proseslərin avtomatlaşdırılması mühəndisliyi,

Kimya mühəndisliyi

2027-ci ildə məzun olacaq 2-ci kurs tələbələri

Mexanika mühəndisliyi, Mexatronika mühəndisliyi

Elektrik və elektronika mühəndisliyi

Proqramlarda iştirak üçün əsas tələblər:

- Məzun və tələbənin Azərbaycan vətəndaşı olması, 

- İngilis dili biliyinin olması,

- Ortalama balının 75+ olması.

bp-nin elan etdiyi proqramlara müraciətlə bağlı bütün namizədlər www.bp.com/grads/az ünvanından istifadə edəcək və ya QR kodunu skan edəcək.

Müraciətlər hazırda açıqdır və 2 dekabr 2024-cü ildə bağlanacaq.

Tələbələrin proqram, seçim prosesi haqqında məlumat alacaqları və müvafiq fənlərin nümayəndələri ilə danışacaqları Insight DAY təşkil ediləcək. Tədbir oktyabrın 31-də JW Marriott otelində baş tutacaq. Eyni zamanda xaricdə təhsil alan və ya tədbirdə iştirak edə bilməyənlər üçün virtual sessiyalar təşkil ediləcək!

Sizin üçün ən uyğun sessiyanı seçmək və qeydiyyatdan keçmək üçün https://go.bp.com/GrFmb saytına daxil olun və ya aşağıdakı QR kodu skan edin!

Qeyd: məzun ili

- 2023, 2024 və 2025-ci tədris illərinin məzunları işə qəbul proqramına müraciət edə bilərlər;

- 2026-cı tədris ilinin məzunları təcrübə proqramına müraciət edə bilərlər;

- 2027-ci tədris ilinin bakalavr məzunları kəşf həftəsi proqramına müraciət edə bilərlər.

1 /1

Şərhlər

Xəbər lenti

15 sentyabr, 12:07

İdris İsayev: İstərdik ki, özəl şirkətlərimiz məktəb tikintisində aktiv iştirak etsin

15 sentyabr, 11:56

Nazir müavini: Son 20 ildə 3 500-dən çox məktəb yenidən inşa olunub

15 sentyabr, 11:42

“Rəqəmsal savadlılıq” mövzusunda təlimlər davam edir

15 sentyabr, 11:29

Güclü geomaqnit qasırğası müşahidə olunur

15 sentyabr, 11:24

Qarabağda “Bilik günü” – FOTOLAR

15 sentyabr, 11:11

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

15 sentyabr, 10:57

Gülən, ağlayan, əsnəyən balacalar – "Bilik günü" fotolarda

15 sentyabr, 10:56

Şirvan məktəbinin müəllimləri vahid geyim formasına keçiblər

15 sentyabr, 10:50

“Bilik günü” müxtəlif ölkələrdə necə başlayır?

15 sentyabr, 10:25

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 sentyabr, 10:25

Sağlam qidalanma mədəniyyəti

15 sentyabr, 10:22

Yeni salınacaq Qaraxanbəyli kəndində 2 məktəb və 3 uşaq bağçasının inşası planlaşdırılır

15 sentyabr, 10:10

Nazir müavini: Təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır

15 sentyabr, 09:55

Azərbaycanın 10 milyonuncu sakini məktəbə başladı – FOTOLAR

15 sentyabr, 09:51

MDU-da müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığına start verilib

15 sentyabr, 09:47

AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq müzakirə olunub

15 sentyabr, 09:37

Həsən Həsənli: İldən-ilə məktəblərimizin uğurlarının artdığını görürük

15 sentyabr, 09:37

Gəncədə tam orta ümumtəhsil müəssisəsi təmirdən sonra istifadəyə verilib

15 sentyabr, 07:30

15 Sentyabr "Bilik günü"dür

14 sentyabr, 17:18

Prezident Qarabağ Universiteti Klinikasının və yeni tədris korpusunun açılışında iştirak edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.