Bütün xəbərlər
30 aprel, 14:35

Bakı Mühəndislik Universitetində (BMU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin üzvləri – Nigar Məmmədova, Səbinə Xasayeva, Naqif Həmzəyevlə tələbələrin görüşü keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, “Konstitusiya və Suverenlik İli: Yeni çağırışlar və müasir Azərbaycan gəncliyi”  mövzusuna həsr olunan tədbirdə açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev Prezident İlham Əliyevin 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının təkcə dövlətçilik tariximizin öyrənilməsi deyil, həmçinin postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük önəm daşıması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanan və 1995-ci il noyabrın 12-də referendum vasitəsilə qəbul olunan Konstitusiyamız ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib.

Vətən müharibəsində əldə olunan tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində Konstitusiyamızın hüquqi qüvvəsinin bütün ölkə ərazisində bərqərar edildiyini söyləyən rektor, eləcə də yeni reallıqlar şəraitində gənclərin qarşısında dayanan bir sıra mühüm vəzifələrə toxunub. Eyni zamanda onların milli maraqları daima rəhbər tutacaqlarına, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyəcəklərinə, ölkəmizin beynəlxalq imicinin qorunması və hüquqi dəyərlərimizin təbliğində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə inamını ifadə edib. 

Millət vəkili Nigar Məmmədova Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, uğurlu təhsili, elmi fəaliyyətə maraqlı, bütün texnoloji yeniliklərə açıq, yüksək mənəvi keyfiyyətlərə sahib olmasının dövlət gənclər siyasətinin əsasında dayandığını bildirib. Ölkəmizdə könüllülük hərəkatının gəncliyə sosiallaşma, təcrübə, geniş əlaqələr qazandırdığını deyərək, tələbələri bütün fürsətləri dəyərləndirməyə çağırıb. Millət vəkili deyib ki, tələbəlik illərindən yüksək fəallıq, komanda ruhu ilə çalışmaq, elmdə həmrəy olmaq vacibdir və zamanın çağırışlarına cavab vermək gələcək uğurlu karyeranın təməlini təşkil edir.    

BMU-nun texniki ixtisaslarında qızları görməyin qürurverici olduğunu bildirən millət vəkili Səbinə Xasayeva xanımların potensialının düzgün qiymətləndirilməsinin cəmiyyətimiz üçün faydalılığını qeyd edib. Bu gün  yaxşı mütəxəssis olmaq üçün ali təhsilin kifayət etmədiyini, həmçinin texnoloji bacarıqlar və yeni vərdişlər qazanmağın önəminə diqqət çəkən millət vəkili gəncləri dövrlə ayaqlaşmağa səsləyib.

Millət vəkili Naqif Həmzəyev isə Azərbaycanın son 30 ildə qazandığı uğurlarının qısa xronologiyasını gənclərə anladıb, 1990-cı illərin əvvəllərində gənc nəslin yaşağı məşəqqətlər, böhranlarla müqayisədə onları şanslı adlandırıb. Həmçinin bugünkü Azərbaycanda gəncliyin inkişafı üçün geniş islahatların aparıldığını, karyera layihələrinin, startap yarışlarının, o cümlədən dövlət, qeyri-dövlət sektorunda vəzifə pillələrində yüksəlmək imkanlarının mövcud olduğunu deyərək gənclərə karyeralarına məhz təhsil dövründən başlamağı, planlı olmağı tövsiyə edib.

Sonra tələbələr millət vəkillərinə Konstitusiyamızın tarixi, habelə  ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, qlobal siyasi məsələlərlə bağlı suallar ünvanlayıblar.   

Millət vəkilləri hər bir məsələyə ayrı-ayrılıqda münasibət bildirib, tələbələrdə müəyyən fikir formalaşdırıblar. 

1 /9

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.