Bütün xəbərlər
28 yanvar, 12:34

Bu gün yüzlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində həm təhsil alır, həm də pedaqoji fəaliyyətlə məşğul olur. 

“Azərbaycan müəllimi”nin budəfəki qonağı, necə deyərlər, Çin səddini “aşan” müəllim Rüfət Əsədzadədir. Rüfət müəllimlə əlaqə saxlayıb onunla həmsöhbət olduq. Əvvəlcə müsahimizi oxuculara təqdim edək:

Tanıtım: Rüfət Əsədzadə Biləsuvar rayonunda anadan olub. 2012-ci ildə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksini bitirib, həmin ildə Bakı Mühəndislik Universitetinin tədrisi ingilis dilində olan Kimya fakültəsinə qəbul olub. 2019-cu ildə “Nanomateriallar” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasını fərqlənmə diplomu ilə bitirib. Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) İdarə Heyətinin sədri və Bakı Oksford Məktəbində kimya müəllimi işləyib. Təhsil sahəsində qazandığı təcrübə və bacarıqlar onu beynəlxalq mühitdə daha çox fəaliyyət göstərməyə həvəsləndirib. Bu səbəbdən də Çinə üz tutub hazırda bu ölkənin Suzhou şəhərində kimya, biologiya və fizika müəllimi olaraq çalışır. 

- Rüfət müəllim, Azərbaycanda pedaqoji fəaliyyətləriniz haqqında məlumat verərdiz...

- Azərbaycanda bir çox ictimai və pedaqoji fəaliyyətlərdə yaxından iştirak etmişəm. Elm və Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən İctimai Şuranın katibi, Akkreditasiya Şurasının üzvü və Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) İdarə Heyətinin üzvü kimi bir sıra mühüm layihələrin həyata keçirilməsinə təkan vermişəm. Həmin fəaliyyətlər təhsil sahəsində innovativ metodları formalaşdırmaq və keyfiyyəti yüksəltmək baxımından çox önəmli olub.

- Necə oldu ki, Çində müəllim işləmək qərarına gəldiniz?

- 2023-cü ilin sonunda həyatımda böyük bir dönüş nöqtəsinə qərar verdim. Belə ki, karyeramı yeni istiqamətə yönəltmək məqsədilə ölkə xaricində yeni imkanlar axtarmaq qərarına gəldim. İş həyatımı dəyişmək və ailəmə daha çox vaxt ayırmaq üçün yeni istiqamət seçdim. 2021-2023-cü illərdə - AGMA-ya sədrlik etdiyim müddətdə bayram günləri və həftəsonları belə işləməli idim. Gözəl komandamızla birlikdə çox uğurlar qazandıq, lakin artıq daha düzənli bir iş həyatı və karyera qurmağın vaxtı idi. 

Çində işə başlamaq üçün bir neçə mərhələni adladım. CV və tövsiyə məktubu ilə vakant yerə müraciət etdim. Daha sonra bilik və bacarıqlarımın qiymətləndirilməsi üçün 3 mərhələli müsahibədən keçdim. Çində müəllimlərin işə qəbulunda namizədin yüksək bacarıqlara və uşaq təhlükəsizliyi haqqında məlumatının olmasına xüsusi əhəmiyyət verilir. Bu, mənim işə qəbul olunma prosesimi asanlaşdırdı.

- Bu ölkədə işləmək və onun fərqli mühitinə uyğunlaşmaqda çətinlik çəkmirsiniz?

- Çin dünya miqyasında yeniliklərə liderlik edən ölkə kimi tanınır. Burada həyatın ritmi çox sürətlidir və peşəkarların davamlı yeniliklərə hazır olması vacibdir. Çinə köçmək böyük dəyişiklik idi. İlk iki ay çox stresli keçdi. Yeni ölkə, yeni qaydalar, yeni ev, yeni iş — hər şey tamamilə fərqli idi. Üstəlik, qızım Sara virusa yoluxdu və xəstəxanaya tez-tez müraciət etməli olduq. Dil baryeri və digər çətinliklər bizi çox sınağa çəkdi. 

Nəhayət, ötən ilin oktyabr ayında işlər yoluna düşməyə başladı. Çətinliklərə baxmayaraq 2024-cü il mənim üçün böyük dərslər ili oldu. Bu il mənə öyrətdi ki, yeniliklər heç vaxt asan olmur. İnsanlar yalnız uğurlarımızı görür, amma həmin uğurların arxasında nə qədər zəhmət çəkildiyini bilmir. 

Çin təhsil sistemi beynəlxalq yanaşmadan çox fərqlənsə də, mənim əvvəlki beynəlxalq təcrübəm bu prosesə qısa zamanda uyğunlaşmağıma yardım etdi. Çin dilini öyrənmək mənim üçün çox çətin idi. Bununla yanaşı, burada stresin azlığı və əməkdaşlıq dəyərlərinin üstünlüyü tərəqqi üçün böyük dəstəkdir.

- Fənninizi şagirdlərə sevdirmək üçün hansı fərqli metodlardan istifadə edirsiniz?

- Fənnimə maraq yaratmaq üçün şagirdlərin ehtiyac və maraqları üzərində dayanıram. Hər dərsin əvvəlində öz-özümə “Mən bu sinfə niyə daxil oluram? Hansı məqsədi reallaşdırıram?” suallarını verirəm. Hazırlıq prosesi dərslərin effektivliyini artırır. Bundan başqa, dərslərdə kimyəvi təcrübələrin tətbiqi şagirdlərdə elmə maraq yaradan əsas amillərdəndir. Şagirdlər təcrübələr vasitəsilə elmin həyatdakı rolunu daha yaxından hiss edə bilirlər.

- Gələcək planlarınız arasında Azərbaycana qayıtmaq varmı?

- Azərbaycanın təhsil sahəsinə hər zaman dəstək verməyə hazıram. Uyğun iş təklif olarsa, dəyərləndirərəm. Amma beynəlxalq təcrübəmi daha geniş miqyasda tətbiq etmək, yeni ölkələrdə fəaliyyət göstərmək və peşəkar inkişafı davam etdirmək mənim üçün daha cəlbedici perspektivdir. Çində qazandığım struktur yanaşma və əməkdaşlıq təcrübəsi mənim professional dünyagörüşümə yeni perspektivlər qatdı.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.