Bütün xəbərlər
4 dekabr, 09:54

“COP29 - Azərbaycanda” qrant layihəsi çərçivəsində təlim keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin fəaliyyət planına uyğun olaraq Beyləqan rayonunun Örənqala qəsəbə tam orta məktəbində yaradılmış “Ekoloji sağlamlıq Klubu”na (ESK) iki günlük təlim keçirilib. Təlim proqramına uyğun olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarının əhəmiyyəti, uşaqların təhlükəsiz təmiz içməli suyun əhəmiyyəti ilə tanışlığı və tullantı sularının düzgün idarə edilməsi barədə bacarıqlarının artırılması, mövcud vərdişlərin təkmilləşdirilməsi barədə məlumat verilib.Təlimdə “Ekoloji Sağlamlıq Klubu”nun üzvü olan 20 şagird iştirak edib. Təlimi uğurla başa vuran iştirakçılar növbəti mərhələdə “Uşaqlar suyu israf etmir” (məktəbdə, açıq havada) yarışına qoşulublar.

Qeyd edək ki, layihə Beyləqan rayonun susuzluqdan daha çox əziyyət çəkən Kəbirli kəndi, Örənqala və Baharabad qəsəbə tam orta məktəblərində icra ediləcək. Hər məktəbdən seçilən 20 şagirddən ibarət “Ekoloji Sağlamlıq Klubu” (ESK) yaradılacaq və “Təmiz ətraf mühit və yaşıl artım” mövzusunda təlim keçiriləcək. İştirakçılar növbəti mərhələdə “Uşaqlar suyu israf etmir” (məktəbdə açıq havada keçirilən) yarışına qoşulacaqlar.

Xatırladırıq ki, “COP29 - Azərbaycanda” layihəsi İlahə Süleymanlı tərəfindən həyata keçirilir. Layihə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti, ümumi təhsil müəssisələrində bu istiqamətdə təşviqat və maarifləndirmə işlərinin aparılmasına məsuliyyət hissinin artırılması və görülən işlərə öz töhfəsinin verilməsinə hədəflənib.

1 /4

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da Kembric Resurs Mərkəzi yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.