Bütün xəbərlər
25 oktyabr, 12:37

Uşaqlar öncə bağçada öyrənir, daha sonra məktəb mühitinə qədəm qoyurlar. Onlara yaxşı təlim vermək üçün isə savadlı kadrların olması vacibdir…

“Azərbaycan müəllimi”nin növbəti müsahibləri Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan və tərbiyəçi-müəllimlər, metodistlər üçün keçirilən diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərən müəllimlərdir. 
Şamaxı rayonu Meysəri kənd körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində çalışan Cəmilə Həmidli qiymətləndirmə imtahanında 54 bal toplayıb.

O, imtahan təəssüratlarını bizimlə bölüşüb: “İmtahan çox şəffaf, obyektiv keçirildi. İki həftə əvvəldən imtahana hazırlaşmağa başladım. Diaqnostik qiymətləndirmədə könüllü iştirak etdim. Müəllimlərin işə qəbulu imtahanını təzəcə vermiş müəllim olaraq işlədiyim bir il olmamış yenidən uğur əldə etdim. Nə yaxşı ki, Elm və Təhsil Nazirliyi savadlı kadrları önə çəkir, biz gənclərə özünüqiymətləndirmə imkanlarımızı genişləndirməyə, daim təkmilləşməyimizə şərait yaradır”.

Digər müsahibimiz Nigar Dəmirova Şamaxı şəhər 1 nömrəli  körpələr evi-uşaq bağçasında çalışır. O, diaqnostik qiymətləndirmə imtahanında 53 bal toplayıb.

İmtahan ilə bağlı təəssüratlarını bölüşən Nigar Dəmirova qeyd edir: “Mənim üçün imtahan çox gözəl keçdi, həyəcan öz yerində, təbii ki, var idi. Bir neçə ay idi onlayn dərsə qoşulub, imkan tapdıqca hazırlaşırdım. Gözlədiyim nəticə 50 baldan yüksək idi və 53 bal topladım”.

Suallara gəlincə, N.Dəmirova bildirdi ki, suallar çox da çətin deyildi. Hər biri məktəbəqədər təhsili əhatə edən 3 səviyyədə olan suallar idi. 

“Asan, orta və çətin. Məntiqi düşüncə tələb edən suallar bir az çox idi. Ancaq bir az diqqətli olub məntiq suallarına düzgün cavab tapmaq o qədər də çətin deyildi. Əsas odur ki, imtahan şəffaf, hər şey qaydasında keçdi. Mən şadam ki, belə bir imtahan təşkil olundu və biz bilmədiyimiz biliklərə hazırlaşaraq yiyələndik. Artıq aylar idi ki, ən böyük arzum imtahan sonrası lövhə önündə şəklimin çəkilməsi idi, ona da qarşıma məqsəd qoyaraq nail oldum. Nəinki lövhə önündə şəkil çəkdirdim, hətta “Azərbaycan müəllimi”nə müsahibə vermək şansı da əldə etdim. Düşünürəm ki, qarşıya qoyulan məqsədə çatmaq bizim öz əlimizdədir”.

Fidan Dünyamalıyeva Ağsu şəhər “Qərənfil” körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimidir. O, diaqnostik qiymətləndirmə imtahanında 52 bal toplayaraq uğur əldə edib. 

Fidan müəllim də digər həmkarları kimi imtahanın rahat və ümumi qaydalara uyğun formada keçdiyini diqqətə çatdıraraq, “imtahana özüm öz səy və həvəsim nəticəsində hazırlaşmışdım” deyir: “Mənim üçün metodika bir həvəs kimidir. Doğrusu, daha çox toplayacağımı düşünürdüm. Hədəfim azı 55 bal idi. Yaxşı ki, diaqnostik qiymətləndirmə apararaq müəllimləri dəyərləndirirlər. Mən özüm MİQ imtahanı ilə işə qəbul olmuşam.  Səriştəli, savadlı kadrların məktəbəqədər təlimə cəlb olunması təhsilimizin bünövrəsi olan uşaqlar üçün çox əhəmiyyətlidir. İşini bilən peşəkarlar olan hər yer çiçəkləndiyi kimi, bağça mühiti də çiçəklənəcəkdir”.

Şamaxı rayonu Ənkəxaran kənd uşaq bağçasının tərbiyəçi müəllimi Ceyran Vəzirova isə diaqnostik qiymətləndirmədə 50 bal toplayaraq region üzrə 4-cü yerdə qərarlaşıb. 

İmtahan həyəcanını hələ də hiss edən Ceyran Vəzirova qiymətləndirmə prosesi ilə bağlı fikirlərini belə ifadə edib: “Olduqca həyəcanlı və çox gözəl keçən imtahana əldə etdiyim vəsaitlər və məktəbəqədər təhsil proqramı üzrə hazırlaşmışdım. Suallar çox maraqlı və məntiqli idi. Sualları çox rahat şəkildə cavablandırdım. Məktəbəqədər təhsil müəssisələri uşaqları ilk sosial mühitlə tanış edən, onlara bilik və bacarıqlar, dünyagörüşü öyrədən müəssisə olduğundan, məncə, burada pedaqoji fəaliyyətlə məşğul olan kadrların diaqnostik qiymətləndirilməsi qarşıdakı illərdə təhsilimizin daha yaxşı inkişafına təkan verəcək. Çünki uşaqlar əvvəlcə bağçada öyrənir, daha sonra məktəb mühitinə qədəm qoyurlar. Bağçada uşaqlara daha yaxşı təlim vermək üçün isə savadlı kadrların olması vacibdir”.

Şərhlər

Xəbər lenti

11 fevral, 21:29

Nazir müavini: Ötən il 2500 gənc özünüməşğulluq proqramından faydalanıb

11 fevral, 20:46

Bakıda İnsan İnkişafı Forumu təşkil edilib

11 fevral, 19:48

Biz necə bir məktəb qurmalıyıq?

11 fevral, 19:25

2030-cu ilə qədər əmək bazarı və gələcəyin iş bacarıqları 

11 fevral, 18:55

Davamlılıq və OECD-nin təhsildə formalaşan trendləri

11 fevral, 18:20

İnsanlar qadın alimlərə daha çox inanırlar

11 fevral, 17:45

Ev tapşırıqları ləğv oluna bilərmi?

11 fevral, 17:25

Süni intellekt riyaziyyat olimpiadasının çətin suallarını da həll edə biləcək

11 fevral, 16:38

“BilBacar” müsabiqəsinin fevral ayı üzrə hazırlıq mərhələsinə start verilib

11 fevral, 16:28

Yüksək impakt-faktorlu jurnallarda nəşrlə bağlı vörkşop keçiriləcək

11 fevral, 16:19

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı təsdiq edilib

11 fevral, 16:15

Mnemonika uşaqlara nə verir?

11 fevral, 16:14

Xocalıda uşaqların üz-gözündən sevinc yağırdı…

11 fevral, 16:01

Dilqəm Tağıyev: "Problem odur ki, özəl sektor elmi işlə maraqlanmır"

11 fevral, 15:51

“Məktəblərdə istedadlı uşaqlar çoxdur, amma universitetdə onların sayı azalır”

11 fevral, 15:46

"Bəzən uşağa elə tapşırıq verilir ki, ali təhsilli valideyn belə həll edə bilmir" – Akademik

11 fevral, 15:24

Müəllimi yaxşı edən nədir? – Harvard professorunun fikirləri

11 fevral, 15:19

Gənc tədqiqatçıların IX beynəlxalq elmi konfransı keçiriləcək

11 fevral, 15:10

Quba-Xaçmaz bölgəsində dörd məktəb üçün yeni bina tikilir 

11 fevral, 14:56

32 ildir ki, dərsə qayıqla gedib-gəlir – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.