Bütün xəbərlər
23 yanvar, 14:20

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin 945 şagirdi Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində iştirak hüququ qazanıb. Onların 9-u olimpiadanın rayon (şəhər) turunda 100 faiz nəticə göstərib. 

“Azərbaycan müəllimi” həmin şagirdlərin bir neçəsi ilə həmsöhbət olub.

“Məqsədim finala çıxmaqdır”

İnformatika üzrə maksimum nəticə göstərən Əli Qurbanov 10-cu sinif şagirdidir. O, Lənkəran rayonu Şürük kənd tam orta məktəbində təhsil alır: 

“Təhsilimi yüksək səviyyədə davam etdirmək üçün daim öz üzərimdə çalışıram. Mənim bu sahəyə marağım əvvəllər Tütəpeştə ümumi orta məktəbində oxuyarkən yaranıb. İnformatika üzrə bacarığımı bu məktəbin direktoru Rövşən Əliyev kəşf etdi. Lakin Şürük məktəbində bu bacarığımı təkmilləşdirərək daha böyük uğurlar əldə etməyə başladım. Məktəbin müəllimləri daim mənə dəstək olurlar. Bu, mənim motivasiyamı artırır. Respublika fənn olimpiadalarında informatika üzrə yüksək nəticə göstərmişəm. Məqsədim yarımfinal mərhələsini keçmək və finala çıxmaqdır. Bunun üçün çox çalışıram və uğur qazanmağı çox istəyirəm. İndiyə qədər bir çox imtahanlarda, bilik yarışlarında və layihələrdə iştirak etmişəm. Bu, mənə daha çox təcrübə qazandırıb və özümü inkişaf etdirməyimə kömək edib. Gələcəkdə isə kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmaq istəyirəm. Valideynlərim və müəllimlərim mənə həmişə dəstək olurlar. Onların motivasiyası məni ruhlandırır və daha çox çalışmaq üçün əlavə güc verir. Onlar mənim inkişafıma böyük töhfə verirlər və buna görə onlara təşəkkür edirəm. Yaşıdlarıma demək istəyirəm ki, çox çalışın və hər şeyi dərindən araşdırın. Uğur qazanmaq heç vaxt gec deyil, sadəcə, bir az məsuliyyətli və çalışqan olmaq lazımdır”.

Respublika fənn olimpiadalarının rayon (şəhər) turunda maksimum nəticə göstərən şagirdlərdən biri İbrahim Sadıqzadədir. O, Lənkəran şəhəri 10 saylı tam orta məktəbin XI sinfində oxuyur: “Olimpiadaya ilk dəfə keçən il qatılmışdım, nəticəm 87 bal idi, bu il isə riyaziyyat fənni üzrə maksimum nəticə göstərdim. Dərslərimlə yanaşı, idmanla da məşğul oluram. Həmçinin çoxlu intellektual yarışlarda iştirak etmişəm, bəzilərində yer tutmuşam”. 

İbrahim hesab edir ki, ali təhsil almaq istəyən şagirdlər orta təhsillərini yaxşı alıblarsa, məqsədlərinə çatmaqda çox əziyyət çəkmirlər.  Ali məktəbə qəbul zamanı çox çətinliklə qarşılaşmamaq üçün məktəbdə keçirilən bütün fənləri yaxşı oxumaq lazımdır:

“İnformasiya texnologiyaları üzrə ali təhsil almaq istəyirəm. Uşaqlıqdan texnologiyaya, kompüterə marağım olduğundan ali məktəbə qəbul zamanı bu ixtisası seçəcəm. Yaxşı universitetdə oxuya bilməyim üçün I qrup üzrə olan bütün imtahan fənlərini daha yaxşı öyrənməliyəm”.

“Heç vaxt çətinliklərdən qorxmayın”

İbrahim bildirir ki, valideynləri onun təhsilə marağının yaranmasında mühüm rol oynayıblar: 

“Onlar hər zaman məni həvəsləndirib, düzgün qərarlar qəbul etməyim üçün yol göstəriblər. Müəllimlərim isə mənə bilik verməklə yanaşı, özünəinamımı artırıb və məqsədlərimə çatmağım üçün motivasiya veriblər. Müəllimlərimin tövsiyələri və dəstəyi sayəsində inkişaf edirəm, öz potensialımı daha yaxşı reallaşdırmağa çalışıram. Yaşıdlarıma demək istəyirəm ki, əzbərçi olmayın, öyrəndiyiniz hər şeyin məntiqini anlamağa, daim öyrənməyə və inkişaf etməyə çalışın. Qərar verəndə düşünün və məntiqinizə güvənin. Ən əsası, özünüzə inanın və heç vaxt çətinliklərdən qorxmayın”.

“Məktəbin təhsilim üçün böyük əhəmiyyəti var”

Masallı rayonu Təzə Alvadı kənd Elşad Əhədov adına 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Tunar Əhədov da riyaziyyat fənni üzrə keçirilən olimpiadanın rayon (şəhər) turunda maksimum nəticə göstərib: 

“İndiyə qədər bir sıra sınaqlarda iştirak etmişəm və hər zaman da yaxşı nəticə göstərmişəm. Respublika fənn olimiadasında isə ilk cəhdim idi və bu cəhdim uğurlu oldu. Riyaziyyata böyük marağım var və onunla daha çox məşğul oluram. I ixtisas qrupu üzrə imtahanlara hazırlaşıram. İnsanın  orta məktəbdə həyatında orta məktəbdə aldığı təhsil böyük rol oynayır, o, insanda təməl biliyin yaranmasına, uğur qazanmağa şərait yaradır. Valideynlərimin də, müəllimlərimin də mənə müsbət təsiri çox böyükdür. Onların dəstəyi əsl potensialımın aşkara çıxmasına səbəb olur. Hesab edirəm ki, hər bir şagirdin hansısa bir fənnə daha böyük marağı var. Şagirdi o marağına uyğun inkişaf etdirmək lazımdır ki, onun potensialı üzə çıxsın”. 

Şərhlər

Xəbər lenti

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

4 iyul, 18:07

“Rəqəmsal məktəb” platformasının ölkə üzrə tətbiqinə başlanılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.