Bütün xəbərlər
11 dekabr, 15:40

“Azərbaycan müəllimi”nin budəfəki müsahibi İsmayıllı rayonu Gideyli kənd ümumi orta məktəbinin ingilis dili müəllimi Fidan Heydərovadır. O, eyni zamanda Gənc Xarici Dil Müəllimləri Birliyinin İsmayıllı rayonu üzrə koordinatoru, təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibidir.  

Müsahibimiz 2015-ci ildə İsmayıllı rayon E.Məmmədova adına 3 saylı məktəb-liseyi qızıl medalla bitirib, 606 balla Azərbaycan Dillər Universitetinə daxil olub. 2019-cu ildən Gideyli kənd məktəbində müəllim işləyir. 

- Gənc ingilis dili müəllimi kimi davamlı olaraq ABŞ və Britaniyanın Azərbaycandakı səfirliyinin keçirdiyi müxtəlif layihələrdə aktiv iştirak etməyə çalışıram. 2023-cü ildə Elm və Təhsil Nazirliyi və ABŞ səfirliyinin birgə fəaliyyəti olan Şimali Karolina Universiteti "NCSU ELT CERTİFİCATE PROGRAM" magistr təqaüd proqramını iştirakçı sertifikatı ilə bitirmişəm. Hazırda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin xarici dil müəllimləri üçün keçirdiyi yeni layihə çərçivəsində İsmayıllının ingilis dili müəllimlərinə təlim keçirəm. Müəllim kimi fəaliyyət göstərdiyim müddət ərzində bir çox beynəlxalq və yerli təlimlərdə iştirak edərək müxtəlif sertifikatlar qazanmışam. 

COP29-un fəal iştirakçılarından biri olaraq UNESCO, UNİCEF, UNDP kimi təşkilatların beynəlxalq sertifikatlarına layiq görülmüşəm. 

- “Boxçalarda qorunan gözəllik - təkəlduz” layihəsini həyata keçirirsiz. Bu barədə danışmağınızı istərdik.

- Artıq üç ildir ki, İsmayıllının ən ucqar kəndlərindən biri olan Gideylinin Q.Heydərov adına ümumi orta məktəbində ingilis dili fənnini tədris edirəm. İlk gündən uşaqların gözündə gördüyüm sevgi məni onlar üçün əlimdən gələni etməyə həvəsləndirib və işimə olan marağımı daha da artırıb. Düşünürəm ki, bir müəllimin əldə edəcəyi ən böyük qazanc uşaqların gözlərində yaratdığı parlaq işıqdır. Əsl müəllim həmin işıqla yeni yol cızaraq şagirdin daxilində gizlənmiş xüsusi istedadı üzə çıxarmağı bacarmalıdır. Şagirdlərimin, xüsusən qızların mükəmməl əl qabiliyyətinə sahib olması, tikmə sənətinə olan maraqları məni belə bir layihə hazırlamağa ruhlandırdı.

Hazırladığım “Boxçalarda qorunan gözəllik - təkəlduz” layihəsi təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəldi. Layihənin əsas məqsədi ucqar kəndlərdə yaşayan qızlarımızın istedadını ortaya çıxarmaq, onlarda özünəgüvən formalaşdırmaq, gələcək fəaliyyətləri üçün yeni bir cığır açmaq, milli sərvətimiz olan bədii tikmə sənətinin azsaylı xalqlar arasında təbliğinə, məktəblilərimizin bu sənəti öyrənərək dəyərlərimizə daha hörmətlə yanaşmasına nail olmaqdır. 

- CO29-la yolunuz necə kəsişdi? Bu nəhəng tədbirə yol haradan başladı? 

- COP29-un Azərbaycanda keçiriləcəyini biləndən sonra onunla maraqlanmağa başladım. Həm ixtisasımın yaratdığı imkanlar, həm də dəqiq fənlərə olan xüsusi marağım məni COP29 tədbirinin bir hissəsi olmağa sövq etdi. Müsahibə mərhələsindən uğurla keçdikdən sonra yay sessiyasına dəvət aldım. UNESCO, UNICEF,  UNDP kimi müxtəlif beynəlxalq təşkilatların rəsmilərinin iştirakı ilə keçirilmiş maraqlı tədbirdə COP29-la bağlı müxtəlif məsələlər müzakirə edildi, eyni zamanda qarşılıqlı fikir mübadilələri aparıldı. 

- Tədbirdə hansı maraqlı faktlarla qarşılaşdınız?  

- İştirakçısı olduğum plenar iclaslarda bir sıra iqlim məsələləri, insan və təbii faktorların burada iştirakı müzakirə olundu. COP29 düşərgəsi ilə bağlı plenar iclasda bütün fəaliyyətimiz öz əksini tapdı. Həmçinin ABŞ pavilyonunda bu dövlətin Azərbaycandakı səfiri Mark Libbi və yerli professorların iştirakı ilə şimal bölgəsində həyata keçirilməsi nəzərdə tutulan dəniz və sahilyanı ərazilərin tullantılardan təmizlənməsi layihəsi təqdim edildi. Qeyd edim ki, COP29 düşərgəsi zamanı təbiət elmlərinə marağımın olduğunu kəşf etdim və çoxlu sayda xarici dostlar qazandım.

- Şagirdlərin ingilis dilini daha yaxşı mənimsəməsi üçün hansı metodlardan istifadə edirsiniz?  

- Uşaqların ingilis dilinə marağını artırmaq üçün müxtəlif istiqamətlər üzrə çalışıram. Şagirdlər, xüsusilə aşağı siniflərdə oxuyanlar üçün tədrisi oyun əsaslı təlimlərlə, əyləncələrlə təşkil edirəm. Yuxarı siniflərdə isə uşaqlara xarici dil öyrənməyin vacibliyini aşılamağa çalışıram. Sevindirici haldır ki şagirdlərimin ingilis dili nəticələrində yüksəliş var. Dilin bu metodlarla tədrisi sayəsində artıq ingilis dili dərsi bizim üçün sadəcə bir dərs, hansısa metodik proses deyil. Bu dərs bizim həyatımızın əyləncəli parçasına çevrilib. Təlim metodları müasir təlim üsullarına əsaslanır. Məqsədim uşaqların cəmiyyətdə sağlam düşüncəli fərd kimi yetişməsinə, öyrənməsinə şərait yaratmaqdır. Öyrəndiyini öyrətmə texnikası, yaradıcı tətbiqetmə və təlimin təşkili kimi interaktiv təlim metodlarından istifadə edirəm.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.