Bütün xəbərlər
25 aprel, 10:44

İşğaldan azad edilmiş ərazilərdə yerləşən bir sıra ümumtəhsil müəssisələrində “Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində maarifləndirici təlimlər təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, təlimlər Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyi, həmçinin “Azərbaycan Sənaye Təhlükəsizliyi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Maarifləndirmə tədbirləri Ağdərə rayonu Talış kənd, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli, Xocalı şəhər 1 nömrəli, Şuşa şəhər 1 nömrəli və Laçın şəhər 2 nömrəli tam orta məktəblərində keçirilib.

Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı düzgün davranış qaydaları, təhlükəsizlik vərdişləri və təxliyə barədə biliklərinin artırılması, onların risklərə qarşı hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

Tədbirlərdən əvvəl Vətən yolunda canından keçmiş şəhidlərimizin məzarları ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib. Tədbirlərin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri tərəfindən fövqəladə hallar zamanı zəruri davranış qaydaları barədə, o cümlədən əmək təhlükəsizliyinin əhəmiyyəti, mina təhlükəsindən qorunmağın yolları, qaz, elektrik və yanğın təhlükəsizliyi, liftdən istifadə qaydaları, ilk yardım barəsində ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Təlimlərin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar Nazirliyin qüvvələrinin operativ olaraq əraziyə cəlb edilməsi, məktəblilərin təxliyəsi və “fəsadların” aradan qaldırılması əməliyyatları icra olunub.

Təlimlər uğurla keçib və qarşıya qoyulan məqsədlərə nail olunub.

1 /3

Şərhlər

Xəbər lenti

24 may, 20:34

Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb

24 may, 15:50

Bakıdakı 25 saylı uşaq bağçası ilə bağlı vəziyyət nəzarətə götürülüb

24 may, 15:06

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu keçirilib

24 may, 13:01

7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…

24 may, 12:58

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib

24 may, 10:42

“Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” adlı tədbir keçirilib

24 may, 01:10

IX siniflərin buraxılış imtahanının nəticələri AÇIQLANDI

23 may, 22:33

Naxçıvanın təhsil naziri “Son zəng”lə bağlı tapşırıqlar verib

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:54

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.