Bütün xəbərlər
2 aprel, 20:00

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən "Gələcəyə fokuslanmış riyaziyyat kurikulumları: 21-ci əsr üçün şagirdlərin gücləndirilməsi "adlı hesabat hazırlanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin mart sayında hesabatdan çıxarışlara yer verilib.

Hesabatda 21-ci əsrin tələblərinə cavab verən kompetensiyaların inteqrasiyası, fənlərarası yanaşmaların tətbiqi və inklüzivliyin təmin edilməsi kimi əsas məsələlərə diqqət yetirilir. Bu sənəddə "Riyaziyyat kurikulumlarının təkamülü və təhsil və bacarıqlar 2040" layihəsinin nəticələrinə əsaslanaraq kurikulumun həddindən artıq yüklənməsi, təhsil bərabərsizliyi və rəqəmsal alətlərin səmərəli istifadəsi kimi problemlər təhlil edilir.

Hesabatda riyaziyyat təhsilinin akademik, peşəkar və ömürboyu öyrənmə perspektivinin yenidən dizayn edilməsi ilə bağlı təkliflər irəli sürülür. Qeyd olunur ki, riyaziyyat şagirdləri əsas və inkişaf etmiş kompetensiyalarla təmin etməkdə mühüm rol oynayır. Bu kompetensiyalara hesablama (say bilikləri), tənqidi düşünmə, məlumat savadlılığı və problem həllətmə bacarıqları daxildir. Həmçinin bu bacarıqlar, texnoloji irəliləyişlər, iqtisadi dəyişikliklər və cəmiyyətin üzləşdiyi problemləri aradan qaldırırmaq üçün vacib hesab edilir.

Hesabatda riyaziyyatın elm, texnologiya və ətraf mühit kimi digər fənlərlə artan qarşılıqlı əlaqəsi vurğulanmaqla yanaşı, fənlərarası öyrənmənin əhəmiyyəti də xüsusi qeyd edilir. Əsas kompetensiyalar məsələn, numerasiya, problem həlli riyaziyyat təhsilinin mərkəzində dayansa da, yaradıcılıq, empatiya və əməkdaşlıq kimi bacarıqlar riyaziyyat kurikulumlarında nisbətən az yer tutur. Bu boşluq riyaziyyat kurikulumlarını daha hərtərəfli və real həyatda tətbiq oluna bilən bir formata uyğunlaşdırmaq üçün bir fürsət yaradır.

Hesabatdan məlum olur ki, müasir riyaziyyat dərsliklərində tapşırıqların əksəriyyəti əsasən hesablama yönümlüdür. Belə ki, dərslik tapşırıqlarının 81.87%-i hesablama tapşırıqlarından yalnız 2.35%-i yüksək səviyyəli riyazi tətbiqlərdən cəmi 0.25%-i isə real dünya problemlərini əhatə edən tapşırıqlardan ibarətdir.

Bundan əlavə, hesabatda son 25 ildə riyaziyyat kurikulumlarının cəmiyyətin və texnologiyanın dəyişikliklərinə uyğun olaraq inkişaf etdiyi vurğulanır. Əsas trendlər aşağıdakı kimi qruplaşdırılıb: Riyazi savadlılıq və məntiqi düşünmə: şagirdlərə riyazi biliklərini yeni və dinamik situasiyalarda tətbiq etmək imkanı verilir. Statistik məlumatların analizi və məlumat savadlılığı da getdikcə daha çox əhəmiyyət kəsb edir.

– 21-ci əsr bacarıqlarının inteqrasiyası: Tənqidi düşünmə, problem həlli və rəqəmsal savadlılıq kimi bacarıqlar riyaziyyat kurikulumlarına daha çox daxil edilib. Lakin empatiya və əməkdaşlıq kimi sosial-emosional bacarıqların inteqrasiyası məhdud olaraq qalır.

– Kurikulumun tətbiqində çətinliklər: Nəzərdə tutulan, tədris olunan və əldə edilən kurikulum arasında boşluqlar mövcuddur. Dərsliklər tez-tez real dünya problemlərinin həlli və ya yüksək səviyyəli düşüncə üçün kifayət qədər imkanlar təqdim etmir. Bundan əlavə, qiymətləndirmə çərçivələri kurikulum
məqsədləri ilə tam uyğun gəlmir. Bu da kurikulumun effektiv tətbiqinə mane olur.

– OECD-nin hesabatında müasir kompetensiyaların riyaziyyat kurikulumlarına inteqrasiyasının kurikulum yüklənməsinə səbəb olmadan həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu məqsədlə təklif olunan strategiyalar aşağıdakı istiqamətləri əhatə edir:

– Əsas anlayışların prioritetləşdirilməsi: Riyaziyyat kurikulumunda proporsionallıq və nümunələr kimi "böyük ideyalar"a fokuslanmaqla əsas mövzuların daha dərindən araşdırılması mümkündür. Bu yanaşma müasir bacarıqların ənənəvi məzmun daxilində inteqrasiyasını asanlaşdırır və şagirdlərə daha dərin anlayışlar qazandırır.

– Ciddi akademik standartların qorunması: Riyaziyyat kurikulumunda həm prosedur bacarıqlarının, həm də konseptual anlayışların dərinləşdirilməsi vacibdir. Bu şagirdlərin həm riyazi əməliyyatları yerinə yetirmək bacarığını, həm də onların məntiqi təfəkkürünü inkişaf etdirir.

– Uyğunluğun təmin edilməsi: Kurikulumun məntiqi ardıcıllığının qorunması və siniflər arasında, eləcə də fənlər daxilində əlaqələrin möhkəmləndirilməsi vacibdir. Bu əlaqə mövzular arasında boşluqların və təkrarlanmaların qarşısını alaraq daha səmərəli öyrənmə mühiti yaradır.

Hesabatda bərabərlik məsələsi də əsas mövzulardan biri kimi qeyd olunur. Bütün şagirdlərə uğur qazanmaq üçün lazımi resurs və dəstəyin təmin edilməsi vacib hesab edilir. Bərabərsizliyi azaltmaq üçün təklif olunan strategiyalar isə aşağıdakılardır:

İnklüziv və elastik kurikulumlar: Universal Öyrənmə Dizayn (UDL) və fərdiləşdirilmiş tədris yanaşmaları riyaziyyatın müxtəlif öyrənənlər, o cümlədən xüsusi ehtiyacları və dil baryerləri olan şagirdlər üçün daha əlçatan olmasını təmin edir. Bu yanaşma hər bir şagirdin fərdi ehtiyaclarına uyğun tədris mühitinin yaradılmasını dəstəkləyir.

Emosional maneələrin aradan qaldırılması: Riyaziyyat qorxusunun azaldılması və inkişaf yönümlü düşüncənin təşviq edilməsi şagirdlərin özünəinamını artırır. Eyni zamanda, onların tədris prosesində daha fəal iştirakını təmin edir.

Real dünya tətbiqləri: Riyaziyyatın iqlim dəyişikliyi və iqtisadi bərabərsizlik kimi sosial məsələlərlə əlaqələndirilməsi, xüsusilə sosial cəhətdən zəif qruplardan olan şagirdlər üçün tədrisi daha cəlbedici və mənalı edir. Bu da riyaziyyatın gündəlik həyat və cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq şagirdlərin motivasiyasını artırır.

Hesabatda rəqəmsal alətlərin riyaziyyat təhsilində interaktivliyi artırmaq, fərdiləşdirilmiş öyrənmə imkanları yaratmaq və ümumilikdə tədris prosesini daha effektiv etmək potensialı vurğulanır. Bununla yanaşı, bu alətlərin istifadəsi ilə bağlı bəzi imkanlar və çətinliklər də qeyd olunur:

Maraq və interaktivlik: "GeoGebra "və "Desmos" kimi rəqəmsal alətlər şagirdlərə riyazi anlayışları vizuallaşdırmaq, modellərlə işləmək imkanı yaradır. Bu alətlər riyaziyyatın abstrakt konseptlərini daha anlaşılan və cəlbedici hala gətirir. Belə ki, bu da şagirdlərin marağını artırır və onların dərsə daha fəal şəkildə qoşulmasını təmin edir.

Fərdiləşdirmə: Süni intellekt əsaslı platformalar şagirdlərin fərdi ehtiyaclarına uyğun öyrənmə yolları təklif edə bilər. Bu yanaşma hər bir şagirdin öyrənmə sürətinə və səviyyəsinə uyğun materialların təqdim olunmasını təmin edərək daha effektiv öyrənmə təcrübəsi yaradır.

Müəllim hazırlığı: Rəqəmsal alətlərin effektiv istifadəsi üçün müəllimlərin texniki və pedaqoji bacarıqlarının artırılması vacibdir. Müəllimlər bu alətlərin imkanlarından tam istifadə edə bilmək üçün həm texnoloji biliklərə, həm də bu alətləri tədris prosesinə inteqrasiya etmək üçün lazımi pedaqoji strategiyalara malik olmalıdırlar.

Hesabatda riyaziyyat kurikulumlarının elastik və müstəqil dizaynının əhəmiyyəti vurğulanır. Elastiklik, hesablama düşüncəsi və məlumat savadlılığı kimi müasir bacanqların inteqrasiyasına, tədris metodları və tempində düzəlişlərə imkan yaradır. Muxtariyyət isə müəllimlərə tədrisi fərdiləşdirmək və yeniliklər tətbiq etmək imkanı verir. Lakin bu aydın məqsədlər və dəstəklə müşayiət olunmalıdır. Hesabatlılıq mexanizmləri keyfiyyət və bərabərliyi təmin edir.

Həmçinin riyaziyyat kurikulumlarının islahatı üçün 12 əsas dizayn prinsipi hesabatda təqdim olunur və bu prinsiplər üç kateqoriyaya bölünür:

Fənn daxilində:
Fokus: Əsas riyazi anlayışların dərin mənimsənilməsi.
Dəqiqlik: Tənqidi düşünmə və problem həlletmə bacarıqlarının inkişafı.
Uyğunluq: Siniflərarası ardıcıllığın təmin edilməsi.

Fənlərarası:
Transfer bacarıqları: Riyaziyyatın müxtəlif kontekstlərdə tətbiqi
Fənlərarası yanaşma: Riyaziyyatın elm və texnologiya ilə əlaqələndirilməsi
Seçim: Şagirdlərə fərdi maraqlara uyğun ixtisaslaşma imkanı

Məktəbdənkənar:
Həqiqilik: Riyaziyyatın real problemlərlə əlaqələndirilməsi 
Elastiklik: Tədris və qiymətləndirmə metodlarının fərdiləşdirilməsi
Uyğunluq: Kurikulum, qiymətləndirmə və resurslar arasında əlaqənin təmin edilməsi.

Prosessual dizayn prinsipləri:
Fəallıq və iştirak: Müəllim və şagirdlərin kurikulum prosesində fəal iştirakı
Şagird mərkəzliliyi: Fərdi öyrənmə strategiyalarının təşviqi
Müəllim muxtariyyəti: Müəllimlərin kurikulumu şagirdlərin ehtiyaclarına uyğunlaşdırması

Nəticə olaraq, hesabatda vurğulanır ki, riyaziyyat kurikulumları 21-ci əsrin çağırışlarına cavab vermək üçün davamlı olaraq inkişaf etdirilməlidir. İnklüzivlik və rəqəmsal texnologiyalar təhsilə inteqrasiya edilməli, təhsil siyasətçiləri, müəllimlər arasında əməkdaşlıq artırılmalıdır. Təhsil sistemlərinin əsas məqsədi şagirdləri akademik, peşəkar və ömürboyu öyrənməyə hazırlamaqdır. Bu məqsədə nail olmaq üçün müəllimlər, şagirdlər və siyasətçilər arasında sıx əməkdaşlıq vacibdir.

Mənbə: OECD (2025), "Future-focused mathematics curricula: Empowering learners for the 21st centu-ry", OECD Education Spotlights, No. 18, OECD Publishing, Paris, https://doi.org/10.1787/18036510-en.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Ülkər Səttarova: Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.