Bütün xəbərlər
21 aprel, 15:37

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat prosesi yekunlaşıb.

Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, proqramın məqsədi tələbə və yeni məzun olmuş gənclərə təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə və peşəkar vərdişlər qazanmalarına dəstək olmaqdır. 

Ötən ilin aprel-iyul aylarında baş tutan I “Maarifçi” tələbə-məzun təcrübə proqramında 1958, oktyabr – yanvar aylarında keçirilən II “Maarifçi” proqramında isə 2741 nəfərin müraciəti qeydə alınıb. III “Maarifçi” tələbə-məzun təcrübə proqramında isə müraciət sayı 3542 nəfərə çatıb. Növbəti bir ay ərzində test imtahanı və müsahibə mərhələləsi həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 4 ay davam edəcək “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər. 

Xatırladaq ki, I və II “Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində 24 iştirakçı Elm və Təhsil Nazirliyinin tabe qurumlarında, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində işlə təmin olunub.

1 /1

Şərhlər

Xəbər lenti

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadəyə dair görüş keçirilib

16 oktyabr, 14:38

AzMİU-da “Kibertəhlükəsizlik və süni intellekt” adlı seminar keçirilib

16 oktyabr, 14:31

Birləşmiş Krallıq “Graduate Route” vizasının müddətini azaldır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

16 oktyabr, 11:56

MDU türk dünyası universitetləri ilə mübadilə imkanlarını genişləndirir 

16 oktyabr, 11:54

Kokand Universitetinin müəllimi AzMİU-da olub

16 oktyabr, 11:17

UNEC-in Startap İnkubasiya Mərkəzi beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 11:13

“Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın məlumat sessiyası keçirilib

16 oktyabr, 10:54

ADNSU-da vakansiyalar: Əməkhaqqı 3000 manatdan yüksəkdir

16 oktyabr, 10:50

“Rəqəmsal kommunikasiya və peşəkar imic” mövzusunda seminar keçirilib

16 oktyabr, 10:42

Elmi məqalə yazanda süni intellektdən istifadə edilsə, elm bitər - Əcnəbi professorla MÜSAHİBƏ

16 oktyabr, 10:13

ADPU-nun Strateji İnkişaf Mərkəzi vakansiya elan edir

16 oktyabr, 10:04

Professor: Rəqəmsal texnologiyalar və süni intellekt dilçilik tədqiqatlarını genişləndirir

15 oktyabr, 17:52

Dövlət bağçasına gedən uşaqlar dövlət hesabına özəl bağçada təhsil ala bilərmi?

15 oktyabr, 17:39

Vüsalə Əliyeva: Valideynlər bağçalarla bağlı qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.