Bütün xəbərlər
9 yanvar, 16:45

İmtahan sessiyasının başlaması bir çox tələbələrdə stres və həyəcanın artmasına səbəb olur. 

“Azərbaycan müəllimi” qəzeti xəbər verir ki,  UNEC Psixoloji Xidmət Mərkəzinin rəhbəri Şəfahət Abdullayeva bu cür tələbələrə psixoloji dəstəyin önəmini nəzərə alaraq imtahanlar zamanı stres və həyəcanla mübarizə üsulları haqqında danışıb. 

- Şəfahət xanım, hazırda UNEC-də imtahan sessiyası dövrüdür. Məlumdur ki, imtahanlar bəzi gənclərdə stres və həyəcan yaradır. İmtahan sessiyası zamanı tələbələr arasında ən çox rast gəlinən psixoloji çətinliklər nələrdir?

- Doğrudur, imtahan dövrü tələbələr üçün çox stresli bir vaxtdır. Ən çox rast gəlinən psixoloji çətinliklər arasında imtahan həyəcanı, vaxtın düzgün idarə edilməməsi, əhvali-ruhiyyə dəyişiklikləri və özünəinamın azalması yer alır. Tələbələr adətən imtahanın nəticələri ilə bağlı narahatlıq hissi keçirirlər və bu da onların imtahan verən zaman performanslarına mənfi təsir göstərə bilir. Hətta bu hisslər bəzi tələbələrdə uzunmüddətli psixoloji sıxıntılara da yol aça bilir.

- Bu cür vəziyyətlərlə qarşılaşan tələbələrə hansı psixoloji dəstəyi təklif edirsiniz?

- Tələbələrə ən önəmli məsləhətim stresi idarəetmə bacarıqlarını inkişaf etdirməkdir. Biz, Psixoloji Xidmət Mərkəzi olaraq, tələbələrə bir sıra praktik üsullar təklif edirik: dərin nəfəsalma, rahatlama texnikaları, zamanın düzgün idarə olunması və pozitiv düşüncə tərzinin inkişafı. Həmçinin tələbələrə özlərinə qarşı güvənli olmalarını tövsiyə edirik. Mükəmməllik heç vaxt əsas məqsəd olmamalıdır, əsas düzgün hazırlıq və yanaşmadır.

- İmtahan həyəcanı ilə mübarizə üçün ən effektiv üsul nədir?

- İmtahan həyəcanını azaltmaq üçün bir neçə yanaşma mövcuddur. Birincisi, hazırlığa vaxtında başlamaqdır. Tələbələr imtahanın yaxınlaşmasını gözləməkdənsə, gündəlik və həftəlik planlar quraraq düzgün hazırlıq prosesini təmin etməlidirlər. İkincisi, müntəzəm olaraq dincəlmək və balanslı bir həyat tərzi sürmək çox vacibdir. Yuxusuzluq, qeyri-sağlam qidalanma və davamlı gərginlik həyəcanı artırır. Bütün bunlarla yanaşı, meditasiya və yoqa kimi rahatlama texnikaları da stresin azaldılmasında effektiv üsullardan hesab olunur.

İmtahan dövründə yüksək stres təkcə akademik performansa deyil, həm də ümumi psixoloji sağlamlığa mənfi təsir edir. Konsentrasiya və yaddaş problemlərinə, hətta depressiya əlamətlərinə səbəb ola bilər. Uzunmüddətli stres isə immun sistemini zəiflədə və fiziki sağlamlığı da pisləşdirə bilər. Ona görə də stresin idarə edilməsi çox vacibdir. Biz Psixoloji Xidmət Mərkəzi olaraq tələbələrimizin akademik uğurları ilə yanaşı, həm də sağlamlığına diqqət yetiririk.

Mərkəziniz imtahan dövründə tələbələrə necə dəstək göstərir?

- Mərkəzimizdə 3 psixoloq fəaliyyət göstərir. İlboyu tələbələrə fərdi seanslar, streslə mübarizə üsulları ilə bağlı xüsusi təlimlər keçirik. İndiyədək bütün fakültələrdə, eləcə də UNEC nəzdində fəaliyyət göstərən kolleclərdə “İmtahan həyəcanı və onun aradan qaldırılması yolları” mövzusunda 100-ə yaxın seminar və praktiki təlimlər keçmişik. Həmçinin tələbələrlə 1500-ə yaxın fərdi seanslarımız olub. Sırf imtahan sessiyası dövründə isə müraciət sayı nisbətən az olur. Bu da tələbələrin imtahanlara hazırlaşdıqları üçün vaxt məhdudiyyəti ilə bağlıdır. 

- İmtahanlara hazırlaşan tələbələrə hansı tövsiyələri verərdiniz?

- Tələbələrə tövsiyəm odur ki, imtahanlara stresdən azad və hazırlıqlı şəkildə yanaşsınlar. Planlı işləmək, düzgün qidalanmaq, kifayət qədər yuxu almaq və rahatlama məşqləri etmək vacibdir. Unutmasınlar ki, hər bir uğursuzluq və ya çətinlik müvəqqətidir və psixoloji dəstək almaq hər zaman mümkündür.

Son olaraq, bir məqamı da vurğulamaq istəyirəm ki, tələbələr heç vaxt psixoloji dəstək almaqdan çəkinməsinlər. Psixoloji sağlamlıq fiziki sağlamlıq kimi çox önəmlidir və həyat keyfiyyətimizi artırır. Biz Psixoloji Xidmət Mərkəzi olaraq, hər zaman yanınızdayıq və dəstək verməyə hazırıq. 

1 /2

Şərhlər

Xəbər lenti

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

17 oktyabr, 10:44

AzMİU-da Texnologiyaların Transferi Mərkəzinin yeni bölməsi yaradılıb

17 oktyabr, 10:31

Gürcüstanda ali təhsilin müddəti azaldılacaq

17 oktyabr, 10:02

MDU ilə Ankara Hacı Bayram Veli Universitetinin tədris proqramları uyğunlaşdırılacaq

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.