Bütün xəbərlər
14 oktyabr, 16:21

ARTİ-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıqda icra etdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində sentyabr ayının ikinci yarısından etibarən Bakı və region məktəblərində inklüziya mədəniyyətinin təşviqi məqsədilə pedaqoji heyətlə görüşlər təşkil edilib.

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüşlərdə məktəb direktorları, müavinlər, psixoloqlar və müxtəlif fənn müəllimləri iştirak edib. Dinamik və interaktiv mühitdə keçən görüşlərdə iştirakçılar mövzu ətrafında aktiv müzakirələr aparıb və öz təcrübələrini bölüşüblər. Müzakirələrdə inklüziv təhsilin təşkilində qarşıya çıxan çətinliklər, sinifdə dərslərin idarə edilməsi, şagirdlərin qiymətləndirilməsi və ümumi təhsilə uyğunlaşmayan şagirdlərlə işin çətinlikləri kimi mövzular ətraflı şəkildə nəzərdən keçirilib. İştirakçılar inklüziv təhsilin məktəblərdə bərabər imkanların yaradılmasına verdiyi töhfələri vurğulayıb və inklüziya mədəniyyətinin daha da inkişaf etdirilməsi üçün valideynlərlə də maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Pedaqoji heyətlə keçirilən görüşlərlə yanaşı, ümumtəhsil məktəblərində valideynlərlə də inklüziya mədəniyyətinin formalaşdırılması məqsədilə görüşlər keçirilib. Valideynlər öz təcrübələrini bölüşərək qarşılaşdıqları çətinlikləri qeyd edib və onların həlli yolları barədə müzakirələr aparıblar. Onlar inklüziv təhsilin məktəblərdə tətbiqini müsbət qiymətləndirdiklərini, bu prosesin iştirakçısı olmaqdan qürur duyduqlarını və bu mövzuda davamlı dəstəyə açıq olduqlarını vurğulayıblar.

İnklüziya mədəniyyəti mövzusunda keçirilən görüşlərə şagirdlər də cəlb olunub və bu görüşlər onlar tərəfindən böyük maraqla qarşılanıb. Verilən suallara həvəslə cavab verən şagirdlər, müxtəlif müzakirələrdə də fəal rol alıb və mövzu ilə bağlı öz fikirlərini sərbəst şəkildə ifadə ediblər. Təlimlər çərçivəsində müxtəlif cizgi filmlərinin izlənməsi və onların müzakirəsi zamanı şagirdlər bir-birilərinə dəstək olma, dinləmə və empati qurma bacarıqlarını nümayiş etdiriblər. Müzakirələrdə həmçinin, əqli məhdudiyyəti olan şagirdlər də iştirak edərək inklüziv mühitin bir hissəsi olduqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, layihənin əsas məqsədi inklüziv sinif təşkil edilən ümumtəhsil müəssisələrinin şəbəkəsini genişləndirərək Azərbaycanda sağlamlıq məhdudiyyəti olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.

1 /7

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.