Bütün xəbərlər
3 iyul, 12:50

Bu gün dünyanın bir çox ölkəsində təhsil sistemlərinin əsas çağırışlarından biri bütün uşaqlar üçün bərabər və keyfiyyətli təhsil imkanlarının yaradılmasıdır. Bu kontekstdə inklüziv təhsil, yəni xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil sisteminə inteqrasiyası təkcə pedaqoji deyil, həm də sosial ədalət məsələsi kimi gündəmdədir. Müasir dövrün bu tələbi Azərbaycanın da təhsil gündəmində xüsusi yer tutur.

“Azərbaycan müəllimi”nin məlumatına görə, VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev də mövzuya toxunaraq qeyd etmişdi ki, bizdə ən böyük problem xüsusi təhsillə bağlıdır, çünki yanaşma çox köhnədir. Onu müasir yanaşma ilə əvəz etmək üçün isə külli miqdarda vəsait lazımdır.

Nazir çıxışında kadr hazırlığı, mütəxəssis çatışmazlığı və fərdi təhsil proqramlarının vacibliyini də xüsusi vurğulamışdı.

Ümumilikdə inklüziv təhsil ölkəmizdə aktual mövzulardan olduğu üçün onun inkişafı yolunda müqayisəli təhlillərdən də istifadə olunur. Ən uğurlu inklüziv təhsil modellərindən biri Finlandiyaya məxsusdur. Bu ölkədə məktəblər “hamı üçün məktəb” prinsipinə əsaslanır. Hər bir şagirdin fərdi xüsusiyyətləri nəzərə alınır və xüsusi təhsil ehtiyacı olan uşaqlara psixoloq, sosial işçi və xüsusi müəllimlər tərəfindən dəstək verilir. Finlandiyada fərdi təhsil planları (IEP) geniş tətbiq olunur.

İtaliyada isə daha cəsarətli bir addım atılıb. Hələ 1977-ci ildə xüsusi məktəblər ləğv edilərək bütün uşaqlar adi məktəblərə yönəldilib. Siniflərdə ikinci müəllim və ya inklüziv dəstəkçi şagirdlərlə birgə işləyir. Bu, hər kəs üçün şəffaf və bərabər təhsil imkanı yaradır.

Daha bir təcrübəyə nəzər salsaq görərik ki, Sinqapur məktəblərində assistiv texnologiyalar geniş istifadə olunur (oxuma proqramları, eşitmə cihazları, alternativ yazı vasitələri və s.). “Pathlight School” kimi ixtisaslaşmış məktəblər texnologiyadan istifadə edərək autizm spektr pozuntusu olan uşaqlar üçün öyrənməni asanlaşdırır.

ABŞ təcrübəsində isə hüquqi tənzimləmələr ön plandadır. IDEA (Individuals with Disabilities Education Act) qanunu əsasında hər bir şagirdin təhsil hüququ qorunur və valideynlər təhsil prosesinə aktiv şəkildə cəlb olunurlar. Burada “ən az məhdudlaşdırılmış mühit” prinsipi vacib rol oynayır.

Azərbaycanda da son illərdə inklüziv təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. 2018-ci ildə qəbul olunmuş “İnklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı (2018–2024)” bu sahədə yol xəritəsi rolunu oynayır. Bundan əlavə, “Təhsil haqqında” qanuna edilmiş dəyişikliklər inklüziv təhsili hüquqi baxımdan təmin edir. Bəzi məktəblərdə pilot layihələr həyata keçirilir, ali təhsil müəssisələrində müəllim hazırlığı proqramlarına inklüziv təhsil modulları əlavə olunur. UNICEF və digər tərəfdaşların dəstəyi ilə müəllimlər üçün təlimlər, valideynlər üçün maarifləndirici kampaniyalar təşkil edilir.

İnklüziv təhsil sadəcə bir siyasət deyil, humanist və ədalətli cəmiyyət qurmaq yolunda atılan mühüm addımdır. Azərbaycan bu istiqamətdə ilk addımlarını atıb.

Qarşıdakı mərhələdə isə əsas hədəf bütün məktəblərin inklüziv məkana çevrilməsi, müəllimlərin hazırlığının artırılması və cəmiyyətin bu sahəyə münasibətinin dəyişdirilməsidir. Ancaq bu halda hər bir uşaq məktəbdə özünü evindəki kimi hiss edə bilər.

Alidə Məmmədova,
III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı

Şərhlər

Xəbər lenti

3 iyul, 17:15

Tələbə krediti üçün il sonunadək ayrılan vəsaitin həcmi açıqlandı

3 iyul, 17:15

"Müəllim işləmək uşaqlıq arzum olub” - Naxçıvanda MİQ imtahanı həyəcanı

3 iyul, 16:45

Azərbaycan dili imtahanının nəticələri elan olunub

3 iyul, 16:29

DİM 393 abituriyentin yazı işinə düzəliş edib: 6-sının balı endirilib

3 iyul, 16:27

Qəbul imtahanı ilə bağlı apellyasiya nəticələri açıqlanıb

3 iyul, 16:01

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat davam edir

3 iyul, 15:45

Hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

3 iyul, 15:15

MİQ imtahanının ilk gününün birinci seansında davamiyyət 83 faiz olub

3 iyul, 15:08

İyulun 13-də keçiriləcək qəbul imtahanlarında iştirak edənlərin NƏZƏRİNƏ!

3 iyul, 14:52

"Müəllimlərin "çətin" hesab etdiyi suallar nəzəri baxımdan mürəkkəb deyil" – Nəzakət Mehdiyeva

3 iyul, 14:50

“Hüquqşünaslıq” üzrə təhsil alanların 81 faizi peşə tanınması imtahanından kəsilib

3 iyul, 14:48

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

3 iyul, 14:43

Müəllim və şagirdlər premium səviyyəli süni intellektdən pulsuz istifadə edəcəklər

3 iyul, 13:07

“Öz üzərimdə mütəmadi çalışmağım yüksək bal toplamağıma çox kömək etdi” – Kimya müəllimi

3 iyul, 12:44

BDU-da “Code8 Hackathon” keçirilib

3 iyul, 12:42

“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb

3 iyul, 12:36

Sabahın hava proqnozu açıqlanıb

3 iyul, 12:19

Nazir: Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində ciddi və dərin əməkdaşlıq mövcuddur

3 iyul, 12:03

“Qarşıma daha böyük məqsəd qoymuşam” – “Birincilərin birincisi” 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.