Bütün xəbərlər
19 fevral, 13:57

Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.

İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirin ilk hissəsində kimya üzrə fəlsəfə doktoru Lətifə Həsənova şagirdlərə institutun yaranma tarixi və burada fəaliyyət göstərmiş görkəmli Azərbaycan kimyaçılarının həyat və elmi fəaliyyətləri barədə ətraflı məlumat verib, həmçinin onları akademik Murtuza Nağıyevə həsr olunmuş muzeylə tanış edib.

Sonra şagirdlər institutun müxtəlif laboratoriyalarına ekskursiya edərək burada quraşdırılmış müasir cihaz və avadanlıqlarla yaxından tanış olublar. Kimya üzrə fəlsəfə doktoru Lətifə Həsənova xromatoqrafiya üsulunun tətbiqi, bidistillə suyun alınması qurğusu və axınlı reaktor sistemli qazfazalı oksidləşmə reaksiyalarının keçirildiyi qurğularla şagirdləri tanış edib.

Tədbirin maraqlı anlarından biri Analitik kimya laboratoriyasında yaşanıb. Kimya üzrə fəlsəfə doktoru Gülü Abbasova şagirdlərə əyləncəli və tədrisə uyğun təcrübələr nümayiş etdirib. Vulkan reaksiyası və fenolftalein ilə qələvi analizləri şagirdlərə əyani göstərilib.

Həmçinin şagirdlərə laboratoriya şəraitində baş verə bilən bəzi çətinliklər barədə məlumat verilib. Məsələn, sınan kolba və ya digər laboratoriya avadanlıqlarının qırılması və bunların təhlükəsiz şəkildə bərpası barədə praktiki izahlar verilib.

“Açıq qapı” günü şagirdlərin kimya sahəsində daha dərin biliklərə yiyələnmələri və elmi kəşflərə olan maraqlarının artması baxımından böyük əhəmiyyət kəsb edir. Bu cür tədbirlər gənc nəsil arasında elmə olan marağın artmasında mühüm rol oynayır.

1 /6

Şərhlər

Xəbər lenti

17 sentyabr, 14:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.