Bütün xəbərlər
10 mart, 11:57

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri bir necə gündür ki, açıqlanıb. Bu olimpiadada şagirdlərinə sözün əsl mənasında dəstək olan, elə onlar qədər həyəcan keçirən müəllimlərin də sayı az deyil.

"Azərbaycan müəllimi" 5 şagirdi finala yüksələn, bu sevincini bölüşdükcə qürurlanan Cəbrayıl rayon İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbin şagirdləri və onların müəllimləri ilə həmsöhbət olub.

Finalçıları yarışa hazırlayan 2 qardaş

İlk olaraq qeyd edək ki, finalçıları yarışa müəllimləri, 2 qardaş - Qədir və Həzi Aslanovlar hazırlayıb.
Söhbətimizə ilk Qədir Aslanovla başlayırıq. Qədir müəllim şagirdlərin tarix müəllimidir. O, şagirdlərinin 3 ildir ki, RFO-da iştirak etməsindən danışır: 
"Ötən il 2 şagirdimiz tarix fənnindən finala yüksəlib, onlardan biri medal qazanmışdı. Bu il isə bu rəqəm qismən artıb. 9 və 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının olmasına baxmayaraq, onların üzərlərinə düşən işin öhdəsindən layiqincə gəliblər. 1 qız, 4 oğlan şagirdimiz finaldadır. İnanıram ki, final mərhələsində də uğur qazanacaqlar".

Region üzrə ən çox şagirdi finala vəsiqə qazanan kənd məktəbi

Qədir müəllimin qardaşı, eyni zamanda çiyin-çiyinə çalışdığı həmkarı olan Həzi Aslanov şagirdlərə müəyyən edilmiş qrafikə əsasən xüsusi hazırlıq keçir.  
Deyir ki, fənn olimpiadası çox maraqlı, həyəcanlı, həmçinin çətin mərhələli yarışdır. Uğur qazanmaq böyük diqqət, əzm, inam tələb edir: “Sevindirici haldır ki, bizim məktəbin şagirdləri də bu yarışda iştirak edir. Onlara baxarkən tək istəyim çəkilən əziyyətin yerdə qalmaması idi. Bütün uğurların arxasında əziyyət, mübarizə var. Biz çətin mərhələnin birini geridə qoyduq.

Bu təhsil müəssisəsi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ən çox şagirdi finala vəsiqə qazanan kənd məktəbidir.
Müəllimlərin əziyyətlərini, şagirdləri ilə bərabər yaşadıqları sevinci cümlələrdə ifadə edə bilmərəm. Müəllimlərimiz inanırlar ki, şagirdlərimizin uğurları hələ lap çox olacaq”.

“Arada bədii ədəbiyyata da vaxt ayırıram”

İndi isə qəhrəmanların özləri sevinclərini bizimlə bölüşür. Cavid Gülmmədli məktəbin 10-cu sinfində təhsil alır. Ötən ilin bürünc medalçısıdır. Cavid deyir ki, bu il olimpiadaya daha ciddi hazırlaşıb və finala vəsiqə qazanıb. Finalda daha yüksək hədəflərinin olduğunu bildirir. 

Sönməz Məmmədli məktəbin 9-cu sinif şagirdidir. Ötən il yarımfinala, bu il isə finala qədər yüksəlib: 

"Müəllimlərimizin verdiyi tapşırıqları yerinə yetirib, iradə göstərərək hədəflərə köklənmişik. Arada vaxt tapdıqca bədii ədəbiyyata da vaxt ayırıram".

“İnanıram ki, medalla qayıdacağıq”

Roman Xəlilov da 9-cu sinif şagirdidir. Yarışdan gözləntilərinin çox olduğunu deyir: 

"Böyük həvəslə finala hazırlaşırıq. Əlavə vaxtım olanda basketbolla məşğul oluram. Gələcəyin hüquqşünası olmaq istəyirəm". 

4 oğlan içərisində 1 balaca qız da var. Onun da fikirlərini dinləyirik. Nəzrin Ağayeva bu il məktəbdən məzun olacaq. 2 ildir ki, RFO-da da iştirak edir: "Ötən il yarımfinala qədər yüksəldim, amma qalib ola bilmədim. Ruhdan düşmədim. Daha çox hazırlaşdım. Bu il isə finaldayam. Bu uğurda mənim qədər müəllimlərimin də əziyyəti var. İnanıram ki, medalla qayıdacağıq". 

Zaur Şahverdiyev 11-ci sinifdə təhsil alır. Uğur qazanmasında Qədir və Həzi Aslanovun rolunun böyük olduğunu bildirir. Onun da hədəfi qaliblər sırasında olmaqdır.

Məktəbin direktoru Dilqəm Əmiraslanov  söhbətimizə qoşulur. Siniflərinin sayında bəzi çətinliklərin olduğunu, ancaq bunun  istedadlı şagirdlərin diqqətdən kənarda qalmasına imkan vermədiyini deyir: 

"Bu il müxtəlif fənlər üzrə şagirdlərimiz olimpiadaya qoşuldu. Şagirdlərdən 11 nəfər RFO-nun yarımfinal mərhələsinə keçid şansı qazanıb. Onların 5-i tarix, 2-si riyaziyyat, 2-si coğrafiya, 2-si isə Aəzrbaycan dili və ədəbiyyat fənləri üzrə yarımfinalçı olmuşdu. Final mərhələsində 5 nəfər tarix fənnindən iştirak hüququ qazanıb. Şagirdlərimizin uğurlarının davamlı olmasını arzulayıram".

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.