Bütün xəbərlər
26 fevral, 20:22

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəli tarixlərdən biri olan Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – qan yaddaşımız” adlı tədbir keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir Xocalı faciəsinin günahsız qurbanlarının və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dos. Kamal Mahmudov “Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır”,  Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri dos.Qədim Rufullayev “Xocalı qan yaddaşımızda yaşayan faciə kimi”, LDU TGT-nin sədri Sara İbadzadə “Xocalı soyqırımı: Gənclərin yaddaşına həkk olunmuş xatirə” mövzusunda məruzə ediblər.

Məruzələrdə Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında yer aldığı bildirilib, bu faciə əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımıların daha bir dəhşətli təzahürü kimi qiymətləndirilib. Xocalı faciəsi baş verən dövrdə Azərbaycanda və dünyada yaşanan hadisələr, faciəni doğuran səbəblər və onun ağrılı nəticələri, ibrət dərsləri, Ulu Öndər Heydər Əliyevin Xocalı dəhşətlərinin dünyaya çatdırılması istiqamətində çoxşaxəli fəaliyyəti və s. barədə ətraflı söz açılıb. Bildirilib ki, Heydər Əliyevin 1994-cü il fevralın 24-də imzaladığı fərmanla 26 fevral xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə, lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlanıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xocalı xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımıdır” fikrini dəstəkləyən məruzəçilər erməni qəsbkarlarının tarix boyu xalqımıza olmazın faciələr yaşatdığını deyərək gəncləri unutqan olmamağa, tarixin ibrət dərslərindən lazımi nəticə çıxarmağa çağırıblar.

Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. Ali Baş Komandan İlham Əliyevin “Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın” sözləri anım tədbirinin məntiqi yekunu kimi səslənib.

Anım tədbirində Xocalı faciəsindən bəhs edən videorolik nümayiş etdirilib.  

Qeyd edək ki, bu gün Lənkəran Dövlət Universitetində ilk dərslərdə faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış xatirə abidə kompleksi səhər saatlarında professor-müəllim, tələbə və işçi heyəti tərəfindən ziyarət olunub.

1 /3

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.