Bütün xəbərlər
10 dekabr, 15:00

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində 16 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, onlardan biri də Lənkəran Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzidir. Mərkəzdə “Ekologiya” bölümü üzrə dərnək rəhbəri və dərnək üzvlərinin iştirakı ilə “Tullantılardan incəsənətə” adlı yaradıcılıq-sərgisinin keçiriləcəyini eşidib yolumuzu oradan saldıq. Bu sərgi Mərkəzin Tədbirlər planına əsasən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq təşkil olunmuşdu. 

“Yaradıcılıq” bölümünün metodisti Xatirə Ələskərova tədbiri açaraq “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı çıxış etdi. O, sərgidə məqsədin kiçikyaşlı dərnək üzvlərinə yaşıl dünyanı necə qorumalı olduqlarını aşılamaq və öz bacarıqları ilə verə biləcəkləri töhfələri aşkarlamaq olduğunu qeyd etdi. 

Tədbirin təşkilatçısı “Ekologiya” bölümünün metodisti Şəhanə Rzayeva çıxışında dünyada iqlim dəyişikliklərinin səbəbləri, təbii fəlakətlərin canlı aləmə təsiri, eləcə də istixana qazlarının azaldılması və suya qənaətin vacibliyi, tullantıların təkrar istifadəsinin və yaşıllaşdırma işlərinin faydaları barədə şagirdlərə, sərgi iştirakçılarına geniş məlumat verdi.

Dərnək üzvləri ətrafa atılan tullantılara yeni nəfəs verərək təbiətə olan sevgilərini bir daha nümayiş etdirdilər. Sonda şagirdlərin düzəltdikləri əl işləri nümayiş olundu.

Həmsöhbət olduğumuz Şəhanə Rzayeva Lənkəran Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək rəhbəri kimi fəaliyyətə başladığını dedi: “2012-ci ildən “Ekologiya” bölümü üzrə dərnək rəhbəri kimi pedaqoji fəaliyyətə başlamışam. Daha sonra işimi metodist kimi davam etdirirəm. Təkcə bu il, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Ekologiya” bölümü üzrə 10-dan çox tədbir keçirmişik. Onlardan bir çoxunu sadalaya bilərəm: “Sıfır tullantı günü” ilə əlaqədar olaraq “Tullantıların təkrar emalı”,  “Ekologiyamızı qoruyaq və inkişaf etdirək”,  “Təbiətimizi sevək və qoruyaq” adlı yaşıllaşdırma, Xəzər dənizi sahilində təmizlik,  “Bir “ marketlər şəbəkəsi ilə “Polietilen torbalara yox deyək”, Lənkəran şəhərində yerləşən “Dostluq” parkında  “Ətrafı təmiz saxla”,  “Quş yuvaları ilə təbiətə töhfə verək” aksiyaları.  

Daha sonra Lənkaran şəhər İstisu qəsəbəsində dərnək rəhbərimiz Aygün Babayevanın həyətyanı sahəsində “Yaşıl dünyamız” adlı tədbir keçirdik. Hələ ki, sonuncu olan “Tullantılardan incəsənətə” adlı bu sərgimizi də mərkəzimizdə təşkil etmişik. Bu sərgi ilə tullantıları təkrar emal edərək ətrafı qorumağın, antropogen təsirlərin qarşısını almağın mümkünlüyünü göstərməyə çalışmışıq”.

“Bundan əlavə, respublika üzrə keçirilən ekoloji yönümlü və enerji effektli “Yaşıl məktəb” adlı 2 yarışmada da iştirak etmişik. Oktyabr ayı ərzində məktəblərdə təşkil olunan “Ekologiya ayı” çərçivəsində mərkəzimizin bütün rəhbərləri dərnək üzvləri ilə birlikdə maraqlı dərslər təşkil ediblər”.

“Tullantılardan incəsənətə” sərgisində Lənkəran Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnəklərinə bu ildən qoşulan Lənkəran şəhəri V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəbin IV sinif şagirdi Fatimə Babazadə, eyni məktəbin III sinif şagirdi Əsnad Rzazadə, Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin V sinif şagirdi Aylin Hüseynli, Sima Hüseynli və başqa azyaşlı uşaqlar da tullantılardan hazırladıqları əl işlərini nümayiş etdirdilər.  

“Tullantılardan incəsənətə” sərgisində iştirak edən şagirdlərin əksəriyyəti Velədi kənd ümumi orta məktəbində fəaliyyət göstərən “Təbiətsevərlər” dərnəyinin üzvləridir. Gülarə Məmmədova 2011-ci ildən Lənkəran rayonu Velədi kənd ümumi orta məktəbində “Təbiətsevərlər” dərnəyinə rəhbərlik edir. Qürurla şagirdlərini izləyən müəllim, fikirlərini qısaca belə ifadə etdi: “Bütün bu uğurları görərək hər zaman deyirəm ki, nə yaxşı ki, mən müəllim olmuşam. Müəllimlik çətin olsa da, olduqca məsuliyyətli və dəyərli peşədir”.

“Ölkəmizin təbii ehtiyatlarının qorunması üçün təbiəti təmiz saxlamalıyıq”
Sərgidə iştirak edən Velədi məktəbinin bir neçə şagirdi ilə də həmsöhbət olduq. Məktəbin VI sinif şagirdi olan Xədicə  Hüseynzadə 2 ildir ki, “Təbiətsevərlər” dərnəyinin üzvü olduğunu bildirdi: “İndiyə qədər “Tullantıların təkrar emalı”, “Ekologiyamızı qoruyaq”, “Təbiətimizi sevək və qoruyaq”, “Polietilen torbalara yox deyək”, “Ətrafı təmiz saxla”, “Quş yuvaları ilə təbiətə töhfə verək”, “Yaşıl dünya naminə həmrəylik ili”nə aid “Yaşıl dünya” adlı tədbirlərdə iştirak etmişəm, indi də “Tullantı günü” ilə əlaqədar olaraq təşkil olunmuş “Tullantılardan incəsənətə” sərgisində iştirak edirəm. Ümumiyyətlə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bir çox tədbirlərdə iştirak etdik, sinifdə çiçəklər əkdik, ilboyu çiçəklərə qulluq etdik. Hər hansı mühitə yeni və ona xas olmayan fiziki, kimyəvi və bioloji ünsürlərin gətirilməsi və yaxud  o ünsürlərin miqdarının artması ekoloji çirklənməyə səbəb olur. Ölkəmizin təbii ehtiyatlarının qorunması, yaxşılaşdırılması üçün təbiəti təmiz saxlamalıyıq. İnsanlara öyrətməliyik ki, təbiəti çirkləndirməməli, dənizə tullantı atmamalıyıq”.

“Çirklənmənin qarşısını almaq üçün ilk növbədə özümüz təmizliyə riayət etməliyik”
Mirhüseyn Cabbarlı da Velədi kənd ümumi orta məktəbinin VI sinif şagirdidir. O, “Tullantılardan incəsənətə” sərgisində plastik qabdan, taxta çubuqlardan və rəngli kağızlardan istifadə edərək hazırladığı qələm qabı ilə iştirak edib: “Əgər təbiəti qorumasaq təbiət çirklənər və yaşamaq olmaz. Ekologiya və ətraf mühit çirklənərsə xəstəliklər yayılar, oksigen ehtiyatı azalar, suda yaşayan heyvanlar məhv olar, dünyada ərzaq qıtlığı yaranar. Çirklənmənin qarşısını almaq üçün, ilk növbədə, özümüz təmizliyə riayət etməliyik və başqalarını da təbiətə ziyan vurmaqdan çəkindirməliyik”.

“Tullantılardan incəsənətə” sərgisində tullantılardan düzəltdiyi qələmqabı ilə iştirak edən Rüqəyya Məmmədova da öz fikirlərini bizimlə bölüşür: “İndiyə qədər ekologiyamızı və təbiətimizi qorumaqla bağlı, təxminən 10 tədbir və aksiyada iştirak etmişəm. Sinfimizdə, məktəbimizin həyətində çoxlu çiçəklər, ağaclar əkmişik, ilboyu onlara qulluq edəcəyik. Təbiəti qorumalıyıq, ağacları kəsməməliyik. Biz insanlar, təbiəti sevib qorumasaq, insanlar da, ağaclar da, heyvanlar da yaşaya bilməz”.

1 /6

Şərhlər

Xəbər lenti

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.