Bütün xəbərlər
16 aprel, 11:14

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov tələbələrlə görüşüb. Məqsəd tələbələri elmi və pedaqoji istiqamətdə universitetin hədəfləri və vəzifələri ilə tanış etmək, onları bu proseslərə daha fəal şəkildə cəlb etmək olub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, rektor Anar Eminov universitetin akademik simasının formalaşdırılmasında tələbələrin rolunu xüsusi qeyd edib. Bildirib ki, tələbələr MDU-nun brendə çevrilməsində fəal iştirak etməlidir.

MDU-nun əsas hədəfinin yüksəkixtisaslı kadr hazırlamaq olduğunu diqqətə çatdıran rektor deyib ki, bunun üçün universitetdə müasir tələblər səviyyəsində bütün zəruri imkanlar yaradılacaq. Rektor MDU-nun müasir dövrün çağırışlarına cavab verən ali təhsil ocağına çevrilməsi üçün elmi-tədqiqat fəaliyyətinə marağın artırılmasının vacibliyini vurğulayıb. O həmçinin tələbələrin xarici dil biliklərinin artırılması və ixtisas üzrə çoxşaxəli bacarıqlara yiyələnməsinin əhəmiyyətindən danışıb, bu istiqamətdə MDU-nun hər zaman dəstək olacağını xüsusi vurğulayıb.

Görüş zamanı rektor tələbələri maraqlandıran sualları cavablandırıb, həmçinin onların sosial və təhsil həyatı ilə bağlı fikir mübadiləsi aparılıb.

MDU-da rektorla tələbələrin görüşlərinin mütəmadi keçirilməsi nəzərdə tutulub.

1 /4

Şərhlər

Xəbər lenti

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.