Bütün xəbərlər
4 dekabr, 17:10

""Məktəblilərin Yaşıl dünyası" divar-rəsm müsabiqəsi" qrant layihəsi çərçivəsində açılış tədbiri keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin akt zalında təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadə, ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəbin müəllimləri, şagirdlər, mətbuat nümayəndələri, layihənin heyəti və digər qonaqlar iştirak edib .

Xatırladırıq ki, ""Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi" qrant layihə Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi Dünya Veysəlova tərəfindən icra olunur. Layihənin məqsədi Lənkəran rayonun məktəbliləri arasında ekoloji maarifləndirmə və mövzu üzrə divar-rəsm müsabiqəsi tədbirlərini təşkil etməklə onlarda yaşıl dünya naminə fəaliyyətləri formalaşdırmaq, inkişaf etdirməkdən ibarətdir.

Layihə çərçivəsində Lənkəran rayonu üzrə müəyyən olunmuş 15 ümumtəhsil müəssisəsinin hər birində 20 nəfər şagird üçün “Yaşıl dünya” mövzusunda maarifləndirici görüşlərin təşkil olunması, təlimdən sonra həmin məktəblərin müəyyən olunmuş yerlərində divarlara şagirdlər tərəfindən rəsmlərin çəkilməsi və bu proseslərdə iştirakçı məktəblilərin xüsusi sertifikatlarla təltif olunması nəzərdə tutulub.

1 /3

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.