Bütün xəbərlər
30 aprel, 11:04

29 aprel 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyası tərəfindən gerçəkləşdirilən "Miras” layihəsi çərçivəsində "Səfiəddin Urməvi: sələfdən xələflərə" adlı "Urməvi günü" layihəsi həyata keçirilib. 

Milli Konservatoriyadan “Azərbaycan müəllimi”nə bildirilib ki, ilk olaraq, Əməkdar artist, dosent, bəstəkar Vüqar Camalzadənin təqdimatında XIII əsr görkəmli Azərbaycan alimi Səfiəddin Urməviyə həsr olunan “Səfiəddin Urməvinin Ədvar sistemi və onun müasir musiqiyə inteqrasiyası” mövzusunda elmi seminar təşkil olunub. 

Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova seminar iştirakçılarını salamlayaraq, tədbiri açıq elan edib. 29 aprel tarixinin AMK üçün əlamətdar gün olduğunu qeyd edən professor, məruzəçinin böyük əhəmiyyət kəsb edən mövzuya elmi və yaradıcı yanaşmasını yüksək qiymətləndirdiyini vurğulayıb. Seminar çərçivəsində Vüqar Camalzadənin Urməvi irsi və Ədvar sisteminin əhəmiyyətindən bəhs edən məruzəsi dinlənilib, Urməvi irsindən bəhrələnərək bəstələdiyi əsərlər səsləndirilib, həmçinin, Şuşada baş tutan Vaqif Poeziya Günləri çərçivəsində həyata keçirilən konsert proqramı və Hindistanda təşkil olunan beynəlxalq tədbirdən görüntülər, foto və video materiallar nümayiş etdirilib. 

Seminarın sonunda Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və Etnomusiqişünaslıq kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salimin Urməvi irsi, Azərbaycan musiqisinin Urməvidən günümüzə keçdiyi tarixi inkişaf mərhələləri və bir sıra terminoloji məsələlərlə, sonda isə məruzə ilə bağlı fikirləri dinlənilib. 

Elmi seminarın sonunda Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə layihənin məxsusi əhəmiyyətindən bəhs edib. Elmi seminarla bağlı təəssüratlarını bölüşərək bu mövzunun və ümumilikdə layihənin bu sahədə müasir yanaşmanın formalaşmasına, yeni əsərlərin yaranmasına təkan verə biləcəyini də qeyd edib.

Layihənin davamında AMK-nın foyesində Qədim musiqi alətlərindən ibarət ekspozisiyanın təqdimatı həyata keçirilib. Qeyd edək ki, alətlər Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov tərəfindən rekonstruksiya olunub.  

Günün sonunda isə AMK-nın tələbələrindən ibarət “Miras” qədim musiqi alətləri ansamblının müşayiəti ilə "Səfiəddin Urməvi: sələfdən xələflərə" 
adlı konsert proqramı təqdim olunub. Konsertdə Səfiəddin Urməvi irsindən “Novruz”, “Hicazi”, “Zirəfkənd”, “Gəvəşt” avazı, Əbdülqadir Marağayinin yaradıcılığından “Naxış bəstə”, “Üşşaq kar", "Hüseyni bəstə” əsərləri ifa edilib. Qeyd etmək lazımdır ki, sözügedən əsərlər, Məmmədəli Məmmədovun bərpa etdiyi alətlərdən ibarət “Miras” ansamblının bədii rəhbəri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dirijorluq kafedrasının müdiri, bəstəkar Pikə Axundova tərəfindən nota köçürülüb.

Konsert proqramının davamında III Muğam Televiziya Müsabiqəsinin qalibi Mirələm Mirələmovun ifasında Orta əsrin əks-sədası - Segah (udda - Yavər Zəndəbadi, kamançada - Ariyən Zəmiri, zərb alətlərində - Səbuhi İsmayılov); Əməkdar incəsənət xadimi Aqil Məlikovun təqdimatında Rast təsnifi (tarda - Xalq artisti Möhlət Müslümov, kamançada - Əməkdar artist Toğrul Əsədullayev) və Səfiəddin Urməvinin “Zirəfkənd" melodiyaları əsasında Əməkdar artist Emil Əfrasiyab tərəfindən səsləndirilən “Çahar mirzab” kompozisiyası (udda - Yavər Zəndəbadi, şıdırğıda - Kənan Sadıqov, zərb alətlərində - Səbuhi İsmayılov) təqdim olunub. Tədbirin aparıcısı AMK Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Bağır olub.

Sonda qeyd edək ki, Azərbaycan Milli Konservatoriyası qədim musiqinin zəngin irsini yaşatmaq və inkişaf etdirmək məqsədilə yeni layihələrə imza ataraq, bu sahədəki ənənələri davam etdirir və gələcək nəsillərə bu unikal mədəniyyətə bağlılıq hissinin aşılanmasına xidmət edir.

1 /4

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.