Bütün xəbərlər
19 mart, 10:55

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin ifasında “Dəyərlərimizi qoruyaq: zamana səyahət” adlı Novruz tamaşası təqdim olunub.

Bu barədə BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirilən tamaşanı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, millət vəkilləri Sadiq Qurbanov, Anar İsgəndərov, Mehriban Vəliyeva, Günay Əfəndiyeva, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, incəsənət nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, şagirdlər və şəhid övladları izləyiblər.

Türk xalqlarının mənəvi birliyini, qəhrəmanlıq ruhunu və ailə dəyərlərini özündə əks etdirən tamaşanın hazırlanmasında əsas məqsəd gənc nəslin soykökümüzə, adət-ənənələrimizə bağlılıq, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasından, tarixi qəhrəmanlarımızın, görkəmli şəxsiyyətlərimizin təhsilalanlara tanıdılmasından ibarətdir.

Tamaşada şagirdlər kainatın yaranışı, Novruz çərşənbələri, qədim Qobustan və digər səhnələr vasitəsilə baharın müjdəçisi olan Novruzun təntənəsini, türk birliyinin sarsılmazlığını tamaşaçılara çatdırıblar.

1 /28

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.