Bütün xəbərlər
6 yanvar, 10:59

Ömürboyu öyrənmək, sevdiyin peşə üzrə fəaliyyət göstərmək insanların cəmiyyətə verə biləcəyi əsas faydalardandır. Həyatımızın istənilən dönəmində sevimli işimizlə məşğul olmalı, gördüyümüz hər işə sevgi qatmalıyıq. 

“Azərbaycan müəllimi”nin budəfəki müsahibi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi Qətibə İsayevadır. 1956-cı ildə Bakıda anadan olan həmsöhbətimiz ailə həyatı qurduqdan sonra İsmayıllı rayonunda yaşayıb. Hazırda evdar xanımdır, eyni zamanda təqaüdçüdür. Oxumaqdan, bilik və bacarıqlarını artırmaqdan yorulmayan müsahibimiz övladları, doğmaları üçün bir-birindən gözəl şirniyyatlar bişirsə, qənnadıçılığı bacarsa da, bu peşənin sirlərini daha da dərindən öyrənmək istəyib və bu məqsədlə də İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin “Qənnadıçı-şirniyyatçı” ixtisasına qəbul olub.

“İlk dərs günündə sinfə daxil olanda mənimlə oxuyan tələbələr elə biliblər ki, müəlliməm. Qrup yoldaşlarım mənə xüsusi hörmətlə yanaşırlar”, - deyən Qətibə xanımın əsas hədəfi oxuduğu peşəni daha dərindən öyrənib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdır: “Peşə Təhsil Mərkəzinə gəlməmişdən əvvəl ətrafımdakı insanlardan müəssisə haqqında məlumatlar öyrənmişdim. Ondan sonra qərar verdim ki, qənnadıçı peşəsinə yiyələnməklə bu sahəni daha dərindən öyrənib sahibkarlıq fəaliyyəti ilə məşğul olum”.

Qətibə xanım deyir ki, Bakı şəhəri 239 nömrəli tam orta məktəbi bitirdikdən sonra universtitetə daxil olmaq üçün imtahan versə də, qəbul ola bilməyib:

“Həmin zaman ali məktəbə qəbul olmaq üçün azı 6 aylıq əmək təcrübəsi tələb edilirdi. Bu səbəbdən bir müddət tikiş fabrikində çalışdım, amma şirniyyat bişirməyə olan marağım itməmişdi. İndi  bu peşə üzrə bildiklərimi Peşə Təhsil Mərkəzinin yüksək imkanları ilə təkmilləşdirmək istəyirəm. Gənclik illərindən işləməyə həvəsim var idi, lakin işlə bağlı müraciət etdiyim müəssisələrdə bu peşə üzrə rəsmi sənəd tələb edildiyindən şirniyyat ustası kimi işləyə bilmirdim. 
Sözün düzü, peşə məktəbinə qəbul olana qədər bilməzdim ki, burada dərslər belə yaxşı tədris edilir. İnsanlar fikirləşə bilərlər ki, burada dərsə yəqin səthi yanaşılır. Əsla elə deyil. Dərslər çox yaxşı keçirilir, hər kəs qəbul olduğu peşənin sirlərinə dərindən yiyələnə bilir, müəllim kontingenti də olduqca peşəkar və savadlıdır. Peşəyə maraq və sevgi yaratdıqlarından tələbələr hər gün dərsə bol enerji ilə gəlirlər”.

Şərhlər

Xəbər lenti

15 oktyabr, 14:25

İbtidai siniflər: Uşaqlar üçün ideal öyrənmə mühiti necə olmalıdır?

15 oktyabr, 14:12

Fənnini yaxşı bilən müəllim ünsiyyət bacarığı yoxdursa, tədrisdə boşluqlar yaranır - Təcrübəli pedaqoq 

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

15 oktyabr, 13:40

Dünyanın ən savadlı həkimlərindən biri olmaq istəyirəm – Prezident təqaüdçülərinin hədəfləri

15 oktyabr, 12:50

Sözün zirvəsinə boy verən şair…

15 oktyabr, 12:42

Məktəbəhazırlıq qrupları və I siniflərin yerdəyişməsi bu tarixdən aparılacaq

15 oktyabr, 12:36

Nobel laureatı: “Məəttəl qalmışam…”

15 oktyabr, 12:25

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi başa çatır

15 oktyabr, 12:07

Xarici tələbələr Azərbaycan ərazilərini ziyarət ediblər

15 oktyabr, 11:32

AzMİU-da tələbələrə narkotik vasitələrin zərərləri barədə məlumat verilib

15 oktyabr, 10:52

“Rəqəmsal məktəb” layihəsinin beynəlxalq sərgidə təqdimatı olub

15 oktyabr, 10:40

Uşaq bağçada da televizora baxacaqsa, ora niyə gedir?

15 oktyabr, 10:30

Bu gün Xudu Məmmədovun anım günüdür

15 oktyabr, 10:03

BMU tələbəsi “TurkicSkills 2025”də qalib olub

15 oktyabr, 09:42

Qızı ilə sinif yoldaşı olan ana attestat aldı

14 oktyabr, 18:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.