Bütün xəbərlər
23 yanvar, 12:20

Azərbaycan Milli Elmi Komandası Avstraliyanın Sidney şəhərində 29 sentyabr - 3 oktyabr tarixlərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək. 

“Azərbaycan müəllimi” xəbər verir ki, builki konqresin əsas mövzusu “Dayanıqlı Kosmos: Dayanıqlı Yer” (Sustainable Space: Resilient Earth) olacaq və bu mövzu kosmos yenilikləri ilə dayanıqlılıq arasındakı əlaqəni araşdıracaq. Mövzu üç əsas sahəyə fokuslanacaq: Yer üçün kosmos əsaslı tətbiqlər; dayanıqlı kosmos fəaliyyətləri və Yerdən kənarda həyatın davam etdirilməsi.    

Sidney Konqresində təqdim olunacaq elmi məqalələr maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti, şəhərsalma, İKT və digər sahələrdə kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və dayanıqlı gələcəyin inkişafı üçün kosmik həllər kimi mövzuları əhatə edəcək.

Sidney Konqresi haqqında məlumat 13 yanvar 2025-ci il tarixində Azərbaycan Milli Elmi Komandasının Sertifikat Təltifetmə Mərasimi və Beynəlxalq Astronavtika Konqresi 2025 layihəsi çərçivəsində Mentorluq Proqramının təqdimatı tədbirində təqdim olunub. Tədbir “Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qruplarının, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilib. Mərasim Azərbaycanın kosmik elm sahəsindəki inkişafını və kosmik ekosistemi dəstəkləyən təşəbbüslərin gücləndirilməsi məqsədini daşıyır. 

Tədbirdə 14-18 oktyabr 2024-cü il tarixlərində “Dayanıqlılıq naminə kosmik məsuliyyət” çağırışı altında keçirilən Beynəlxalq Astronavtika Konqresi çərçivəsində əldə olunan böyük uğurlar qeyd edilib. Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təqdim edilən 345 məqalə arasından 92-si qəbul edilmiş və Azərbaycan Milli Elmi Komandasının 52 üzvü Milan şəhərinə səfər edərək, öz işlərini beynəlxalq auditoriyaya təqdim edib. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çinin sırasında ilk beşlikdə yer alıb.     

Mərasim çərçivəsində təqdim olunan Mentorluq Proqramı isə gənc mütəxəssislərə kosmik elm sahəsində bilik və təcrübə mübadiləsi aparmaq üçün yeni imkanlar yaradacaq. 

1 /2

Şərhlər

Xəbər lenti

30 avqust, 12:16

Xaçmaz rayonu üzrə 650 məzun tələbə oldu

30 avqust, 10:59

Azərbaycanlı Kanzas Dövlət Universitetində yüksək vəzifəyə təyin olunub

30 avqust, 09:08

“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayıb

29 avqust, 18:28

MİQ müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

29 avqust, 17:23

Mühəndislikdə zərif güc: 50 qadın “Zərif mühəndislər”lə real istehsalata addım atdı

29 avqust, 17:01

İndiyədək 59 000-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib – TTKF

29 avqust, 16:59

Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi başlayıb

29 avqust, 16:52

Evdə təhsil ləğv olunmayıb – RƏSMİ AÇIQLAMA

29 avqust, 16:26

ICPC dünya finalının direktoru: Azərbaycan 6 aya hazırlıq görən ilk ölkədir – MÜSAHİBƏ

29 avqust, 15:40

ADNSU rəhbərliyi Vorvik Universitetində tədqiqat mərkəzləri ilə tanış olub

29 avqust, 14:51

ADPU-da “Mexanikada yeni trendlər” adlı elmi konfrans keçiriləcək

29 avqust, 14:47

Mil-Muğan regionunun 41 məktəbində tikinti və təmir işləri aparılır

29 avqust, 14:33

Region məktəbinin bütün məzunları tələbə oldu

29 avqust, 14:20

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri AÇIQLANDI

29 avqust, 14:08

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə imtahan keçirilib

29 avqust, 13:55

Yaşıl gələcək uğrunda: Təhsil və ekologiyada könüllü təşəbbüslər

29 avqust, 13:12

ADNSU Kitabxana informasiya mərkəzi oxuculara jurnal resurslarını təqdim edir

29 avqust, 12:26

Bu məzunlar rayon birinciləri oldular

29 avqust, 12:21

Təhsil haqqı üçün pul yoxdur? – Təhsil tələbə krediti ilə bağlı bütün detallar

29 avqust, 11:35

Bölgələrdə velosiped məşqçiləri üçün təlim keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.