Bütün xəbərlər
14 fevral, 14:12

Xəbər verdiyimiz kimi, bu gün Yüksək Texnologiyalar Parkı ilə ali təhsil müəssisələri arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığa dair Anlaşma Sazişi imzalanıb.

Bəs "SABAH.city" şəhərciyində hansı innovativ mühit qurulacaq?

Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov “Azərbaycan müəllimi”nə bildirib ki, şəhərcikdə konfrans mərkəzləri, startaplar üçün məkanlar, tədqiqat və inkişaf laboratoriyaları, tədris sahələri, ictimaiyyət üçün nəzərdə tutulmuş zonalar və idman mərkəzləri yaradılacaq. Bu yanaşma müxtəlif sahələrin qarşılıqlı əlaqəsini təmin edəcək dayanıqlı ekosistemin formalaşmasına imkan yaradacaq.

"SABAH.city"də altı əsas rezident qrupu fəaliyyət göstərəcək. Bunlar ali təhsil müəssisələri, tədqiqat müəssisələri, özəl təhsil müəssisələri, innovasiya ekosistemi iştirakçıları, innovasiya ekosistemi iştirakçıları, ictimai sektor və təhsil təminatçıları olacaq.

Ali təhsil müəssisələri qrupu "SABAH.city"nin əsas özəyini təşkil edəcək. Burada ali təhsil müəssisələrinin qabaqcıl proqramlarının tətbiqi və inkişaf etdirilməsi planlaşdırılır.
Tədqiqat müəssisələri qrupu elmi-tədqiqat laboratoriyalarının qurulması, bilik transferinin təşkili və innovativ layihələrin icrası üçün nəzərdə tutulub.

Özəl təhsil müəssisələri qrupu üçün  21-ci əsr bacarıqlarının inkişafına yönəlmiş özəl məktəblərin cəlbi əsas hədəf olacaq. 

İnnovasiya ekosistemi iştirakçıları – Buraya startap inkubatorları, vençur fondları, yerli və xarici akseleratorlar, eləcə də startapların fəaliyyət göstərməsi üçün platformalar daxildir.
İnnovativ şirkətlər – Bu kateqoriyaya yerli və xarici İT şirkətləri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən qabaqcıl şirkətlərin innovasiya mərkəzləri daxil olacaq.
İctimai sektor və təhsil təminatçıları – Burada tədqiqat və ictimai həyatın müxtəlif aspektləri üzrə fəaliyyət göstərən təşkilatlar və təhsil təminatçıları yer alacaq.

O əlavə edib ki, bütün bu komponentlər bir araya gələrək "SABAH.city"ni təkcə bir təhsil və innovasiya mərkəzinə yox, eyni zamanda, ideyaların gerçəyə çevrildiyi, ənənə və gələcəyin qovuşduğu unikal bir ekosistemə çevirəcək. Yaxın gələcəkdə bu şəhərciyin divarları arasında formalaşan bilik və texnologiyalar yalnız Azərbaycan üçün deyil, qlobal səviyyədə də yeni imkanların açılmasına xidmət edəcək.

Şərhlər

Xəbər lenti

9 iyul, 16:38

“Qənnadıçı, şirniyyatçı” peşə ixtisası üzrə bacarıqlar qiymətləndirilib

9 iyul, 16:37

ADPU ilə Türkiyənin Çağ Universiteti əməkdaşlığa başlayıb

9 iyul, 16:14

MİQ-də ictimai nəzarət: İctimaiyyət nümayəndələri imtahan prosesini izləyiblər

9 iyul, 15:53

İzmirdə ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib

9 iyul, 15:40

Zenfira Sevdimalı: MİQ-də şəffaflığın təmin edilməsi bizim üçün prioritetdir

9 iyul, 15:17

MİQ imtahanı ilə bağlı infotur təşkil olunub

9 iyul, 15:05

Ad günündə xəyalını gerçək etdi, MİQ-lə arzusuna çatdı

9 iyul, 13:30

Telefonu deyil, kitabı seçdilər – Yay tətilində belə dincəlirlər – SORĞU 

9 iyul, 13:17

Beşinci “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşdi

9 iyul, 12:49

Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 mindən çox sorğu yerləşdirilib

9 iyul, 12:38

İngilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

9 iyul, 11:29

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti “SİMA” ilə təsdiq edilib

9 iyul, 11:25

“MİQ həm də inkişafa yol açan platformadır” – İmtahanda uğur qazanan kənd müəllimi 

9 iyul, 11:22

"Peşə təhsili və insan kapitalı” jurnalının oxucularla növbəti görüşü

9 iyul, 10:05

UNEC xaric etdiyi tələbələri geri çağırır

9 iyul, 09:54

Yeni təhsil modeli əsasında fəaliyyətə başlayacaq məktəbə müəllim axtarılır

9 iyul, 09:51

Koreyanın iş adamı SDU-da innovasiyalar mövzusuna dair çıxış edib

9 iyul, 09:39

AzMİU-da 880 imtahan işinə apellyasiya qaydasında yenidən baxılıb

9 iyul, 09:37

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası baş tutub

9 iyul, 09:34

BMU-nun müəllim və tələbə heyətinin Çinə səfəri başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.