Bütün xəbərlər
18 fevral, 16:14

Xəbər verdiyimiz kimi, bir müddət öncə Respublika fənn olimpiadalarının (RFO) rayon turunun nəticələri açıqlanıb. Hazırda region üzrə məktəblilər Olimpiadalara Hazırlıq Mərkəzlərində növbəti tura hazırlaşırlar. 

"Azərbaycan müəllimi" olaraq Neftçala üzrə olimpiadalara hazırlıq mərkəzində olub, burada fəaliyyət göstərən bir neçə müəllimlə söhbətləşdik. 

Fənn olimpiadalarında hər il medallar qazanırıq”

Biqəm Fərhadlı Neftçala şəhər E.Həbibov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir. Müəllimlərin işə qəbulu imtahanında 79.75 bal toplayıb, 2 ildir ki, RFO hazırlığı ilə məşğuldur. Ötən tədris ilində şagirdlərindən Mehriban Musazadə RFO-da bürünc medal əldə edib. Digər şagirdi Ayxan Musazadə isə RFO finalçısı olub. 

B.Fərhadlı olimpiadanın növbəti turuna hazırlıqla bağlı fikirlərini bölüşür:

Bu il də işlədiyim məktəbin X sinif şagirdi İsa Ələkbərzadə və VIII sinif şagirdi Məryəm Məmmədli fənn olimpiadalarının 1-ci mərhələsini keçiblər və növbəti tura hazırlaşırıq. Əsas problemimiz fənn olimpiadaları ilə bağlı olan vəsaitlərin az olmasıdır. Buna baxmayaraq müxtəlif nəşriyyatların testlərini əldə edərək şagirdlərə işlədirəm. Əlavə olaraq özüm də olimpiada səviyyəsində düşündürücü suallar hazırlayıram. RFO-ya maraq məktəbimizdə həmişə olub, hər il medallar qazanmışıq. Məktəb rəhbərliyi həm müəllimlər, həm də şagirdlər arasında RFO-ya yüksək maraq yaradıb və bununla bağlı maarifləndirici işlər aparır".

Olimpiadalara aşağı siniflərdən maraq oyatmaq lazımdır”

Daha bir müsahibimiz kimya müəllimi Lalə Əzizovadır. O, müəllimlərin diaqnostik qiymətləndirmə imtahanında 57 bal toplayıb. Müəllimlər arasında keçirilmiş Polad Həşimov adına Zəfər olimpidasında 3-cü yeri tutub. 

Lalə Əzizova olimpiada hazırlıqları barədə danışır: 

Əvvəlki illərdə bir neçə şagirdim fənn olimpiadalarının qalibi olub. Dərsləri həm əyani, həm də onlayn keçirəm. Dərs prosesində müxtəlif materiallardan və hazırladığım video izahlardan istifadə edirəm. Olimpiadalara şagirdlərdə aşağı siniflərdən maraq oyatmaq lazımdır. Davamlı məşğul olduqda və qarşıya məqsəd qoyduqda istədiyin nəticəyə nail olmaq olar. Bizim şagirdlər üçün olimpiadalara dəstək “YouTube” kanalımız da var.

Yetirməsi qızıl medal qazanıb

Növbəti müsahibimiz Dilarə Səfərova S.İmanov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir. 2022-2023-cü tədris ilində 9-cu sinif şagirdi Nurlana Məmmədzadə Respublika fənn olimpiadalarında qızıl medal əldə edib. 

Hazırlıq prosesində siniflər üzrə dərsliklərdən, lüğətlərdən, bədii ədəbiyyatdan, şifahi xalq ədəbiyyatından, testlərdən, eləcə də olimpiada materialları və əvvəlki illərin sual kitabçalarından istifadə edirəm. Həmçinin şagirdlərə olimpiada hazırlıqlarında dəstək göstərmək üçün “YouTube” kanalı da yaratmışıq. 

Digər müsahibimiz, müəllimlərin diaqnostik imtahanında 53 bal toplamış Ülfət Məmmədova da S.İmanov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimidir. Onun sözlərinə görə, 2022-2023-cü tədris ilində 10-cu sinif şagirdi İdris Quluzadə olimpiada finalçısı olub. İ.Quluzadə Olimpiadaya Hazırlıq Mərkəzində dərsliklərdən, əvvəlki illərin olimpiada sual kitabçalarından istifadə etdiyini deyir.
 
Qeyd edək ki, Neftçala rayonunun Olimpiadaya Hazırlıq Mərkəzi S.İmanov adına 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir. Mərkəzdə olimpiadanın rayon (şəhər) turuna hazırlaşan 400 şagird ilə 8 müəllim məşğul olub. Onların 120-si növbəti tura keçib. Mərkəzə sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş və şagirdləri olimpiadada uğur qazanmış müəllimlər cəlb edilib.

Şərhlər

Xəbər lenti

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.