Bütün xəbərlər
29 aprel, 17:05

Bu gün ölkəmizin ən parlaq gənc zehinləri Respublika fənn olimpiadalarının fizika fənni üzrə praktiki turunda bilik və bacarıqlarını nümayiş etdirmək üçün Azərbaycan Texniki Universitetinin idman zalında bir araya gəldilər.

Fizika – bu elmin özəlliyi təkcə nəzəriyyədə deyil, onun praktikada canlanmasındadır. Məhz bu gün zal fizikanı sevən, onu düşüncə və təcrübə ilə yoğuran şagirdlərlə doludur. Burada toplaşanlar ən istedadlı yeniyetmələrimizdir. Onlar artıq dünən adıçəkilən fənn üzrə nəzəri biliklərini sübut ediblər, indi isə işıq sürətindən, maqnit sahələrindən, termodinamikadan danışan düsturları gerçək həyata gətirmək zamanıdır.

Elmə və texnologiyaya maraq göstərən yüzlərlə şagirdin sırasından seçilən məktəblilərimiz üçün bu mərhələ yalnız bir yarış deyil, həm də gələcək elmi karyeralarının ilk addımı hesab olunur. Bu nüfuzlu bilik yarışını şəxsən izləyənlər arasında təhsil nazirinin müavini Firudin Qurbanov da var. Nazir müavininin şagirdlərin yazı masalarına yaxınlaşaraq onlara səmimi və həssaslıqla  yanaşması yeniyetmələrin nigarançılıqlarına və narahatlıqlarına son qoyur.   

Hamı sakitcə sual kitabçasındakı tapşırığı diqqətlə nəzərdən keçirir, verilən sualın praktik şəkildə həllini tapmağa çalışır. Bunun üçün hər kəsin qarşısında praktik məsələlərin həlli ilə bağlı lazım olan ləvazimatlar da var. 

Vaxt gedir. Kimisi artıq sualın praktik hissəsinin rahatlıqla ləvazimatlardan istifadə etməklə yolunu tapır, kimisi isə verilən tapşırığın mahiyyətini daha yaxşı başa düşmək üçün onu diqqətlə nəzərdən keçirir. Məqsəd də birdir, məram da. Bu gün rəqibləşmiş şagirdlər bir-birindən bir addım daha öndə olmaq – olimpiada qalibi adını qazanmaq iddiasındadır.

Şagirdlərin ixtisas və peşə seçiminə zəmin yaradan olimpiada

Prosesə mane olmamaq şərti ilə Təhsil İnstitutunun direktor müavini Fuad Qarayevə yaxınlaşırıq. Fuad müəllim son illər şagirdlər tərəfindən Respublika fənn olimpiadalarına, müsabiqələrə marağın artdığını deyir. Paytaxtla yanaşı, ölkəmizin bütün bölgələrindən qatılan şagirdlərin bilik və bacarıqlarının yüksək olduğunu söyləyir ki, bu da son nəticədə Azərbaycan məktəbinin, bütövlükdə təhsilimizin uğuru deməkdir.  

Direkto müavini fənn olimpiadalarının keçirilməsində əsas məqsədin şagirdlərdə keyfiyyətli təhsil almaq, biliklərə marağı artırmaq və özünəinam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, həmçinin onların ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarət olduğunu bildirir. F.Qarayev builki Respublika fənn olimpiadalarının fizika fənni üzrə respublika mərhələsinin final turuna vəsiqə qazanmış 121 şagirdin dünən imtahan mərhələsində, bu gün isə praktiki turunda iştirak etdiyini diqqətə çatdırır.

Burada iştirak etmək çox maraqlı, eyni zamanda məsuliyyətdir

Praktik turun sona çatmasına sayılı dəqiqələr qalırdı. İmtahan kitabçalarını təhvil verib çıxan uşaqlarla söhbətləşirik. 
Muradxan Məcidli Mingeçevir şəhər 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdidir. Ötən il Respublika fənn olimpiadaları müsabiqəsində fizika fənni üzrə II yerin qalibi olub. Ümid edir ki, builki olimpiadanın respublika qaliblərindən biri olacaq: “Fizika fənnini çox sevirəm. Elə arzum da gələcək ali təhsilimi fizika üzrə almaqdır. Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almaq istəyirəm. Bu gün praktiki turda verilən tapşırıq mənim üçün həm maraqlı, həm də yetərincə rahat idi. Əminəm ki, tapşırığımı düzgün həll etmişəm”.

Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin IX sinif şagirdi Siyavuş Mütəllimov deyir ki, olimpiadada iştirak etmək onun üçün çox maraqlı, eyni zamanda məsuliyyətdir: “Bu gün praktiki turda çox maraqlı tapşırıqla qarşılaşdıq. Təcrübə vasitəsilə nəzəri bilikləri praktiki şəkildə tətbiq etmək çox faydalı oldu. Bu cür tapşırıqlar bizə fizikanın real həyatda necə işlədiyini başa düşməyə kömək edir. Nəticədə özümə bir daha əmin oldum. Bu sahədə daha çox öyrənmək istəyirəm".

Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin digər şagirdi, IX sinifdə təhsil alan Nərgiz Bəhrəmli fizika fənni üzrə mənimsədiyi biliklərinin praktiki turda xüsusi rol oynadığını qeyd edir: “Adətən fizikanı çətin fənn sayırlar. Mənim üçün isə bu belə deyil. Sadəcə fizika nizamlı şəkildə dərs öyrənməni, təkrar etməni tələb edən fənn olduğundan ona ciddi və sevərək yanaşmaq lazımdır. Olimpiadanın respublika turuna qədər gəlib çıxdığıma görə sevinirəm. Ümid edirəm ki, qalib adını qazanacağam”.

Biliyinə əmin olanlar…

Bu gün bizlər, yalnız bilik yarışının deyil, eyni zamanda özünəinamın, əzmin və elmə olan marağın şahidi olduq. Biliyinə arxalanan, düşüncəsini sərbəst ifadə edən yeniyetmələr fizika ilə danışdılar, onu hiss etdilər, biliklərini təcrübədə sınadılar. Yeniyetmələrimizin gözlərindəki həyəcan və ümid, elmə olan sevgi və maraq onların hər birinə yeni bir dünyaya qapı açmağın xəyalını verir. Və bəlkə də, burada, bu anlarda, bizlər gələcəyin böyük fiziklərını izlədik.

1 /6

Şərhlər

Xəbər lenti

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

4 iyul, 18:07

“Rəqəmsal məktəb” platformasının ölkə üzrə tətbiqinə başlanılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.