Bütün xəbərlər
15 fevral, 17:50

13 fevral 2025-ci il tarixində Sumqayıt Dövlət Universitetində Koreya "Eximbank", Asiya İnkişaf Bankı (AİB), "Ars Praxia", Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndələrinin iştirakı ilə Asiya İnkişaf Bankı – Koreya Respublikası "Birgə Məsləhətçi Bilik Mübadiləsi Proqramı" (KSP) çərçivəsində icra olunan “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi – Sumqayıt Dövlət Universiteti nümunəsində” layihəsinin açılış mərasimi keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbiri SDU-nun rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqov, Koreya "Eximbank"ın baş direktoru Hvanvu Kim və AİB-nin Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal giriş sözləri ilə açaraq keçirilən layihənin SDU və Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələri üçün əhəmiyyətini vurğulayıblar. 

Daha sonra Koreya "Eximbank"ın baş məsləhətçisi Ceongah Seo KSP barədə, AİB-nin baş layihə məsləhətçisi Səbinə Yusifova isə "Ali təhsildə innovasiyanın inkişafı: AİB və Koreya Respublikasının Azərbaycana dəstəyi" mövzusunda təqdimat edib. Bundan əlavə, KAIST-in professoru Seung Hun Han "KSP-AİB Azərbaycan layihəsinin SDU-ya yönəlmiş icra planı" mövzusunda danışıb. 

Sonda SDU-nun rektoru vəzifəsini icra edən Əminağa Sadıqov, Koreya "Eximbank"ın baş direktoru Hvanvu Kim və AİB-nin ölkə üzrə direktoru Sunniya Durrani-Camal dəstək memorandumunu imzalayıblar. 

Qeyd edək ki, layihə çərçivəsində SDU-ya fokuslanaraq Azərbaycanın ali təhsil müəssisələrinin tədris və tədqiqat fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və sahibkarlıq proqramlarının inkişaf etdirilməsi üçün onların potensialının artırılması nəzərdə tutulur. Bu təşəbbüs çərçivəsində Koreya universitetlərinin uğurlu təcrübəsindən istifadə olunacaq.

1 /9

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.