Bütün xəbərlər
5 dekabr, 12:07

Dekabrın 4-də Sumqayıt Dövlət Universitetində (SDU) Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tullantıların idarə edilməsi” mövzusunda tədbir keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə ETSN-nin Ekoloji siyasət şöbəsinin Tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev, Təmiz Şəhər ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin rəis müavini Elnur Əliyev, o cümlədən universitetin müəllim və ekologiya ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər. 

Tədbiri Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev açaraq qonaqları və iştirakçıları salamlayıb, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib. Bildirib ki, Sumqayıt Dövlət Universitetində bu çərçivədə müxtəlif tədbirlər, forumlar və konfransların təşkil olunması ətraf mühitin qorunmasına və ekoloji tarazlığın təmin olunmasına öz töhfəsini verir. Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri, dosent Tünzalə Babayeva çıxış edərək tullantıların düzgün idarə edilməsi və ekoloji tarazlığın qorunması məsələlərinin nə qədər vacib olduğunu vurğulayıb, tədbirin əhəmiyyətindən bəhs edib. O, həmçinin COP29-un Azərbaycanda və dünya miqyasında ətraf mühitin qorunmasına yönələn təşəbbüslərə verdiyi əhəmiyyətli töhfələrdən bəhs edib. 

Sonra ETSN-nin Ekoloji siyasət şöbəsinin Tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və tullantıların idarə edilməsi barədə məlumat verib.Qeyd edib ki, tullantıların idarə edilməsi təkcə dövlət və şirkətlərin məsuliyyəti deyil, hər birimizin gündəlik həyatında üzərinə düşən bir vəzifədir. Təmiz Şəhər ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin rəis müavini Elnur Əliyev təmsil etdiyi qurumun fəaliyyəti, ölkə daxilində tullantıların toplanması, daşınması, emalı və təkrar emal edilməsi barədə ətraflı çıxış edib. Tədbirin sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb və ətraf mühitin mühafizəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Şərhlər

Xəbər lenti

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

14 iyul, 12:19

Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır

14 iyul, 12:16

Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

14 iyul, 11:58

ADA Universiteti dövlət sifarişi ilə tələbə qəbulu aparacaq

14 iyul, 11:52

Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

14 iyul, 11:49

Bəzi ixtisasların V qrupa keçirilməsi layihəsi qəbul edilmədi – DİM sədri

14 iyul, 11:37

“İmtahan prosesinə özüm müdaxilə etmək istəsəm belə, bu, mümkün deyil” - Məleykə Abbaszadə

14 iyul, 11:00

Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.