Bütün xəbərlər
15 noyabr, 10:22

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “yaşıl siniflər” və ətraf mühit guşələri yaradılır. 

İdarədən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, bu guşələr vasitəsilə şagirdlər ətraf mühitin qorunmasının əhəmiyyəti haqqında maarifləndirilir. 

Tədbirlər planı çərçivəsində keçirilən ağacəkmə aksiyalarında şagirdlər aktiv şəkildə iştirak edərək yaşadıqları ərazidə daha çox yaşıllıq sahələrinin yaradılmasına töhfə verirlər. Eyni zamanda, məktəblərdə tullantıların çeşidlənməsi və təkrar emalı təşviq olunur. Müəssisələrdə qutular qurulur, şagirdlərə plastik, kağız və digər tullantıların necə ayrılacağı öyrədilir. 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şagirdlər arasında ekoloji mövzuda rəsm, inşa yarışmaları təşkil olunur. Bu yarışmalar vasitəsilə şagirdlər öz ekoloji biliklərini  ifadə edir və fikirlərini sinif yoldaşları ilə paylaşırlar.

İdarənin tabeliyindəki təhsil müəssisələrində COP29 (İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının Tərəflərinin Konfransı) çərçivəsində şagirdlərə iqlim dəyişikliyinin səbəbləri, təsirləri və onun qarşısını almaq üçün fərdi və qlobal səviyyədə nələrin edilə biləcəyinə dair dərslər, təqdimatlar keçirilir. 

“Məktəblərdə ekologiya ayı” çərçivəsində xüsusi dərslər təşkil edilib. Bu müddətdə şagirdlərə iqlim dəyişikliyi, ətraf mühitin qorunması və təbii resurslardan səmərəli istifadə mövzularında məlumatlar verilib. Dərslərin məqsədi şagirdlərin ekoloji biliklərini artırmaq və onları ətraf mühitin qorunmasına daha məsuliyyətli yanaşmağa təşviq etmək olub.

Sadalanan bütün tədbirlər şagirdlərə təbiəti qorumaq, resurslara hörmətlə yanaşmaq və ekoloji cəhətdən məsuliyyətli vətəndaşlar kimi formalaşmaq üçün əhəmiyyətli bilik və vərdişlər qazandırır.
 

1 /5

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.