Bütün xəbərlər
11 fevral, 17:25

“DeepMind AI” çətin riyaziyyat olimpiadasının suallarını qızıl medalçılar səviyyəsində həll etməyə nail olub.

“Azərbaycan müəllimi” “arXiv” portalına istinadən xəbər verir ki, “Google” şirkətinin “DeepMind” layihəsinin tədqiqatçılar qrupu “AlphaGeometry2” süni intellektinin son 25 ildə Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) iştirak edən şagirdlərə verilən problemlərin həlli zamanı qızıl medalçılar səviyyəsində çıxış etdiyini açıqlayıb.

Əvvəlki araşdırmalar həndəsə problemlərini həll edə bilən süni intellektin həm yüksək səviyyədə düşünmə qabiliyyəti, həm də problemin həlli istiqamətində işləmək üçün mümkün addımlar arasından seçim etmək bacarığı tələb etdiyindən daha mürəkkəb tətbiqlərin yaranmasına səbəb olacağını irəli sürürdü.

“DeepMind” komandası da bu məqsədlə həndəsə problemlərini həll edən təkmil proqramların üzərində işləməyə başladı. Proqramın ilk modeli yanvar ayında istifadəyə verilib. İkinci modeli isə “AlphaGeometry2” adlanır.

Komanda bu proqramı riyazi sübutlar edən “Alpha Proof” adlı başqa bir sistemlə birləşdirdi. Nəticədə, modelin ötən yay Beynəlxalq Riyaziyyat Olimpiadasında təqdim olunan 6 problemdən 4-nü həll edə bildiyi məlum oldu. Bu yeni araşdırma üçün tədqiqat qrupu son 25 ildə Beynəlxalq Riyaziyyat Olimpiadasının təqdim etdiyi çoxsaylı problemlərdən istifadə edərək sistemin qabiliyyətinin sınaqdan keçirib.

Tədqiqat qrupu biri də “Google” şirkətinin “Gemini” dil modeli olan bir çox əsas elementləri birləşdirərək “AlphaGeometry2”ni yaradıb. Digər elementlər orijinal problemin və ya onun hissələrinin həlli yollarını tapmaq üçün riyazi qaydalardan istifadə edir.

Komanda qeyd edir ki, riyazi problemləri həll etmək üçün əvvəlcə müəyyən konstruksiyalar əlavə edilməlidir. “AlphaGeometry2” verilmiş problemi həll etmək üçün istifadə oluna biləcək addımları təklif edir və sonra onları yoxlayır.

“AlphaGeometry2” təqdim olunan 50 problemdən 42-ni düzgün həll edə bilib ki, bu da müsabiqədəki orta qızıl medalçının nəticələrindən bir qədər yüksəkdir.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.