Bütün xəbərlər
10 yanvar, 10:29

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov media qurumlarının təmsilçiləri ilə görüşüb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşün əsas məqsədi 2024-cü ilin yekunları və 2025-ci ilin hədəflərini müzakirə etmək olub. 

C.Cavadov ötən il regionda təhsilin inkişafına yönəlmiş müxtəlif layihələrin həyata keçirildiyini və bu çərçivədə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirildiyini, xüsusilə yeni laboratoriyaların qurulduğunu, müəllimlərin peşəkar inkişafı üçün tədbirlərin görüldüyünü söyləyib.

Məktəblərdə istilik sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edən C. Cavadov daha sağlam təhsil mühitinin təmininə yönəlmiş təşəbbüslərin əhəmiyyətini vurğulayıb. 

C. Cavadov inklüziv təhsil sisteminin gücləndirilməsinin hər kəs üçün bərabər təhsil imkanlarının yaradılması baxımından vacib olduğunu qeyd edərək, bu istiqamətdə atılan addımların davam etdiriləcəyini bildirib. O qeyd edib ki, inklüziv təhsil hər bir uşağın fərdi ehtiyaclarına uyğun təhsil almasını təmin edərək cəmiyyətin inkişafına böyük töhfə verir.  

2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən əsas layihələrdən bəhs edən C. Cavadov region şagirdlərinin bu istiqamətlərdə qazandığı uğurlardan bəhs edib. O, hər bir uğurun arxasında məktəb, müəllim, valideyn əməkdaşlığının dayandığını diqqətə çatdırıb. 

İdarə rəsmisi həmçinin rəqəmsal tədris vasitələrinin tətbiqinin və məktəblərdə ekoloji təhsilin təşviqinin ön plana çıxdığını qeyd edib. Bu təşəbbüslər sayəsində regionda təhsilin keyfiyyətinin artırılması və şagirdlərin beynəlxalq standartlara uyğun hazırlığının təmin edildiyini diqqətə çatdıran C.Cavadov yerli universitetlərlə əməkdaşlığın gücləndirilməsi ilə bağlı atılan addımlardan da bəhs edib. 

İdarə müavini görüş zamanı 2025-ci il üçün müəyyən edilmiş təhsil hədəflərini də açıqlayıb. Bu hədəflər arasında təhsil müəssisələrinin infrastrukturunun modernləşdirilməsi, müəllimlərin peşəkar təlim proqramlarında davamlı iştirakının təmini və inklüziv təhsil sisteminin gücləndirilməsi var. 

C.Cavadov regionda təhsilin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi üçün yeni metodologiyaların tətbiq olunacağını və bu sahədəki nəticələrin mütəmadi olaraq ictimaiyyətlə açıqlanacağını da söyləyib.

O, məktəbəqədər təhsilin gücləndirilməsi istiqamətində həyata keçirilən bir sıra layihələrdən də bəhs edib. Bildirib ki, bu layihələr çərçivəsində məktəbəqədər müəssisələrin infrastrukturunun təkmilləşdirilməsi, tədris proqramlarının zənginləşdirilməsi və uşaq psixologiyası üzrə ixtisaslaşmış müəllimlərin sayının artırılması kimi tədbirlər həyata keçirilir. Bu kimi təşəbbüslər uşaqların erkən yaşlardan keyfiyyətli təhsil almasını təmin edir və onların hərtərəfli inkişafına dəstək olur. 

Tədbirdə idarə nümayəndələri və media qurumlarının təmsilçiləri arasında müzakirələr aparıllb və təhsilin inkişafı istiqamətində ortaq layihələrin reallaşdırılması üçün təkliflər irəli sürülüb. Bu görüş regionda təhsil sisteminin daha da təkmilləşdirilməsi və elm yönümlü inkişaf strategiyalarının uğurla həyata keçirilməsi üçün mühüm addım kimi qiymətləndirilib. 

1 /6

Şərhlər

Xəbər lenti

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

MDU 20 tələbəyə birdəfəlik təqaüd ayırıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

15 sentyabr, 13:08

“Bilik günü”nü yeni məktəblərində qeyd etdilər

15 sentyabr, 13:07

Firudin Qurbanov: Təhsil sahəsində dövlətin siyasəti lazımi səviyyədə həyata keçirilir

15 sentyabr, 13:01

Məleykə Abbaszadə "Bilik günü" münasibətilə təbrik ünvanlayıb

15 sentyabr, 12:43

Nazir Şuşada “Bilik günü”ndə iştirak edib 

15 sentyabr, 12:19

Qusarın Cibir kəndində yeni məktəb binası istifadəyə verilib 

15 sentyabr, 12:07

İdris İsayev: İstərdik ki, özəl şirkətlərimiz məktəb tikintisində aktiv iştirak etsin

15 sentyabr, 11:56

Nazir müavini: Son 20 ildə 3 500-dən çox məktəb yenidən inşa olunub

15 sentyabr, 11:42

“Rəqəmsal savadlılıq” mövzusunda təlimlər davam edir

15 sentyabr, 11:29

Güclü geomaqnit qasırğası müşahidə olunur

15 sentyabr, 11:24

Qarabağda “Bilik günü” – FOTOLAR

15 sentyabr, 11:11

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

15 sentyabr, 10:57

Gülən, ağlayan, əsnəyən balacalar – "Bilik günü" fotolarda

15 sentyabr, 10:56

Şirvan məktəbinin müəllimləri vahid geyim formasına keçiblər

15 sentyabr, 10:50

“Bilik günü” müxtəlif ölkələrdə necə başlayır?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.