Bütün xəbərlər
13 yanvar, 11:58

11-12 yanvar tarixlərində Azərbaycan-Fransız Universitetində (UFAZ) Sahibkarlıq və İnnovasiya Mərkəzi ilə UFAZ Kimya mühəndisliyi klubu tərəfindən Yaşıl Kimya Hakatonu keçirilib. 

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlimat verilib. Bildirilib ki, tədbiri giriş sözü ilə açan UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova belə təşəbbüslərin gənclərin potensialının üzə çıxarılmasında mühüm rol oynadığını deyib. Sonra mentorlar və münsiflər heyətinin üzvləri iştirakçılara təqdim olunub. Hakatonun ilk günündə müxtəlif universitetlərdən olan komandalar püşkatma yolu ilə mövzuları seçdikdən sonra təqdim olunan problemə həll yolu tapmaq üçün çalışıblar. İkinci gün isə komandalar hazırladıqları həlləri münsiflər heyətinə təqdim edərək onların suallarını cavablandırıblar. 

Sonda ən uğurlu təqdimatla çıxış edən 3 komanda qalib gəlib. Birinci yerə UFAZ tələbələrindən ibarət “Algenix”, ikinci yerə Dövlət Gömrük Komitəsinin tələbələrindən ibarət “Bitbybit”, üçüncü yerə isə yenə UFAZ tələbələrindən ibarət “Slay” adlı komanda layiq görülüb. 

Qeyd edək ki, tədbir yaşıl kimya ilə bağlı real problemlərin həllinə töhfə vermək və daha davamlı gələcək üçün innovativ həllərin hazırlanmasını təşviq etmək məqsədi daşıyıb.

Hakaton Azərbaycanın müxtəlif universitetlərindən olan tələbələri və mütəxəssisləri bir araya gətirərək əməkdaşlıq üçün unikal mühit yaradıb. İştirakçılar komanda halında ekoloji problemlərin aradan qaldırılmasına yönəlmiş həllər tapmaq üçün çalışıb və yarışma boyunca peşəkar mentorların dəstəyindən yararlanıblar.

1 /15

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.