Bütün xəbərlər
10 aprel, 14:49

“İnklüzivlik dünyəvi bir anlayışdır, cəmiyyətin bütün təbəqələrini əhatə edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün Bakı Slavyan Universitetində keçirilən “İnklüzüv təhsildən inklüzüv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” adlı III Beynəlxalq konfransda iştirak edən Milli Məclisin deputatı Nigar Məmmədova jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, inklüzivlik tam bərabər hüquqları təmin etməkdən daha geniş konsepsiyadır:

“Biz inklüziv cəmiyyət dedikdə, əlbəttə ki, həssas əhali qruplarını nəzərdə tuturuq. Həssas əhali qrupları müdafiəyə, diqqət və qayğıya ehtiyacı olan qruplardır. Dövlətin resursları həmrəy şəklində – vətəndaş cəmiyyəti, dövlət sektoru, özəl sektorla birlikdə, həssas əhali qruplarının problemlərini daha asan şəkildə həll etməyə yönəldilir. İnklüziv cəmiyyətin yaradılmasından, inkişafından danışanda, əlbəttə ki, biz inklüziv təhsildən danışmalıyıq. İnklüziv təhsil bütün təbəqələrin eyni hüquqlara, eyni dərəcədə təhsilə çıxışını təmin edir. Bundan başqa, biz söyləməliyik ki, məhz inklüziv təhsilin məqsədlərindən biri həssas əhali qrupundan olan uşaqların dünyagörüşlərini inkişaf etdirmək, onlara hərtərəfli dəstəkdir”. 

Millət vəkili onu da qeyd edib ki, inklüzivlik həmçinin bizim həssas qrupdan olan övladlarımızın zamanın tələblərinə uyğun olaraq onların inkişaf etdirilməsini təmin edir, onları məhz cəmiyyətdə gedən proseslərə cəlb edir:

"Bu, çox vacibdir. Çünki istər həssas əhali qrupuna aid olan, istərsə də digər uşaqların həyat strategiyasını formalaşdırmaq, onları erkən yaşlardan cəmiyyətə inteqrasiya etmək üçün inklüziv təhsil çox vacibdir. Həmçinin qeyd etməliyik ki, ölkəmizdə dayanıqlı, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu “Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetlər”imizdən biridir və bu yolda da bizi böyük uğurlar gözləyir”.

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.