Bütün xəbərlər
15 yanvar, 17:40

Məktəbəqədər yaşlı uşaqların sosial inkişafı onların gələcək həyatında əsas rol oynayır. Aparılan tədqiqatlara görə, yaradıcı və xəyali oyunlar uşaqlarda fiziki və araşdırma bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların özünüifadə qabiliyyətini, ətraf aləmi dərk etmək və başqalarının nöqteyi-nəzərindən baxmaq imkanlarını artırır.

Oyun və əyləncələr uşaqların sağlamlığını və rifahını təmin etməklə yanaşı, yaradıcılıq, özünəinam, sosial bacarıqlar kimi mühüm keyfiyyətlərin formalaşmasına kömək edir. Tərbiyəçi-müəllimlər uşaqlar üçün sosial söhbətlər, müxtəlif oyunlar və əyləncələr təşkil edir, kitab və nağıllar oxuyur, onları sosial fəaliyyətlərə cəlb edir. Bu fəaliyyətlər sayəsində uşaqlar məktəbəqədər təhsil müəssisələrinə daha tez adaptasiya olur və ilin sonunda uğurlu nəticələr əldə edirlər.  

Erkən yaşlarda uşaqların sensor inkişafına yönəlmiş xüsusi məşğələlərin keçirilməsi də vacibdir. Bu məşğələlər uşaqların müxtəlif təcrübələr toplamasına şərait yaradır. Daha sonrakı mərhələlərdə bu biliklər sistemli şəkildə möhkəmləndirilir və genişləndirilir, nəticədə uşaqlar əldə etdikləri bacarıqları müxtəlif situasiyalarda tətbiq edə bilirlər.  

Sosial bərabərliyin təmin edilməsində isə inklüziv təhsil mühüm rol oynayır. Azərbaycan BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" konvensiyasına qoşularaq bu istiqamətdə ciddi öhdəliklər götürüb. Müşahidələr göstərir ki, əlilliyi olan uşaqların təhsilə bərabər çıxışının təmin edilməsi onların mükəmməl təhsil almasına və cəmiyyətə inteqrasiyasına şərait yaradır. Cəmiyyətimizin bir hissəsi olan bu uşaqlar da digər həmyaşıdları kimi sosiallaşmalı, məktəbəqədər təhsil müəssisələrində oyun və tədbirlərdə iştirak etməlidirlər.  

Ekspertlərin fikrincə, uşaqların sosial inkişafı bir sıra parametrlərlə şərtlənir:  
- Sosial inkişaf üçün vacib olan bacarıqların dəstəklənməsi;  
- Nitq və ünsiyyət bacarıqlarının inkişafı;  
- Yaşıdları ilə birgə fəaliyyətin təşviqi;  
- Qabiliyyət və bacarıqların üzə çıxarılması;  
- Oyun və əyləncələrin təşkil edilməsi;  
- Özünəinam və sosial davranışların inkişaf etdirilməsi.  

Tərbiyəçi-müəllimlərin inklüziv yanaşmanı fəaliyyətlərində tətbiq etməsi və uşaqlarla praktik sosial fəaliyyətlərə üstünlük verməsi məktəbəqədər yaşlı uşaqların sosial inkişafında əhəmiyyətli nəticələr əldə etməyə kömək edəcəkdir.

Mənbə: Məlikova E. (2024). Uşaqların sosial inkişafının zəruriliyi. «Məktəbəqədər və ibtidai təhsil», № 4 (249), səh. 89-96.

Şərhlər

Xəbər lenti

2 iyul, 23:09

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri Doktoru diplomu təqdim olunub

2 iyul, 23:06

Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib

2 iyul, 20:08

Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib

2 iyul, 18:54

Xaricdə “İbtidai sinif müəllimliyi” təhsili alanların 90 faizi imtahandan keçə bilməyib

2 iyul, 18:50

MİQ imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

2 iyul, 17:54

“Sertifikatlaşdırma təhsil həyatında yeni uğurlar əldə etməyə imkan yaradır” – Müəllimlərin təəssüratları

2 iyul, 17:16

"SABAH-ın məzunu 2025” tədbiri keçirilib

2 iyul, 17:15

“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

2 iyul, 16:38

“Səhnəyə çıxanda özümü rahat hiss edirəm” – Ayanın uğur yolu

2 iyul, 16:10

Nazir müavini: Ölkənin gələcəyi yaradıcı gənclərin fəaliyyətinin səmərəliliyi ilə təmin olunur

2 iyul, 15:25

2024-2025-ci tədris ilində SABAH qruplarından 1421 nəfər məzun olur

2 iyul, 14:40

"Yorulsaq da, fikrimizdən dönmədik" – Maneələrə qalib gələn gənc xilasedicilər

2 iyul, 14:11

Orta ixtisas təhsilində yeni paradiqmalar

2 iyul, 13:30

Elm və Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

2 iyul, 12:38

Sabahın hava proqnozu açıqlanıb

2 iyul, 12:27

“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb

2 iyul, 12:22

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul şərtləri açıqlanıb

2 iyul, 12:17

“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib

2 iyul, 12:02

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

2 iyul, 12:02

Oksford Universitetinin azərbaycanlı müəllimi: Heç vaxt öz potensialınızı kiçiltməyin

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.