Bütün xəbərlər
24 iyun, 17:23

"Ümumi təhsildə bizim əhatəlilik problemimiz yoxdur. Burada ən böyük problemimiz xüsusi təhsillə bağlıdır".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.

O bildirib ki, çünki yanaşma çox köhnədir. Onu müasir yanaşma ilə əvəz etmək üçün isə külli miqdarda vəsait lazımdır.

"İndi yanaşma belədir. Uşaqlar tibbi-pedaqoji komissiyadan keçirlər. Əgər tipik uşaqdırsa, ümumi təhsil müəssisəsinə gedir, tipik uşaq deyilsə, proqrama uyğun məktəbə yönləndirilir. Onlar üçün xüsusi proqramlar var.

Əslində inklüzivlik tədrisə cəlb edilmə ilə bağlı problemi müəyyən qədər həll etsə də, lakin onlar üçün internatlar var.

Həmin uşaqların ümumi təhsil müəssisəsində oxuması əslində qanunla qadağandır. Çünki məktəblərdə xüsusi proqramlar yoxdur. Sadəcə bəzilərində var. Ya da bəzən kənd yerlərində uşağın heç bir xüsusi proqram olmadan kənd məktəbinə gedib gəlməsi təmin edilir. Bu, öz-özlüyündə getməməyindən, təbii ki, daha yaxşıdır, amma biz buna inklüziv təhsil deyə bilmərik".

Nazir qeyd edib ki, bu problemdən xəbərimiz var. Lakin bunun üçün kadr hazırlığı, bu məsələni başa düşən mütəxəssislərin olması, fərdi təhsil proqramlarımızın olması vacibdir:

"Bizim evdə fərdi təhsillə məşğul olan məktəblərimiz var idi. İndi onları yavaş-yavaş bağlayırıq. Çünki ən çox korrupsiyaya uğramış məktəblər onlar idi. Çox sui-istifadə halları müşahidə olunurdu. 20 uşaq varsa, 20 sinif deməkdir və dərs saatlarının sayı 20 dəfə çoxdur. Dərs bölgüsündə sadəcə olaraq oğurluqla məşğul olurdular.

Bunun qarşısını almaq üçün daha çox inklüziv siniflərə keçid etmək istəyirik.

Yeni yanaşmamız ondan ibarətdir ki, uşaq hansısa məktəbin ərazisində yaşayırsa, həmin məktəbin müəllimi evdə təhsil üçün gedə bilər. Onu ayırmağa ehtiyac yoxdur, çünki sonradan məktəbə qayıda bilər".

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.