Bütün xəbərlər
18 dekabr, 13:09

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda “Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, mövzu ilə bağlı çıxış edən institutun əməkdaşı Orxan Mehdiyev bildirib ki, yaşıl hesablamalar sahəsindəki müasir tendensiyalar İKT sektorunda enerji istehlakının azaldılması zərurətini və rəqəmsal texnologiyaların ətraf mühitə təsirinin minimuma endirilməsinin vacibliyini əks etdirir. Yaşıl hesablamalar, dayanıqlı inkişafı və karbon emissiyasının azaldılmasını hədəfləyən texnologiyalar təkcə ekoloji səmərəliliyi artırmır, həmçinin qlobal ekosistemin qorunmasına mühüm töhfə verir.

O.Mehdiyevin sözlərinə görə, bulud texnologiyaları, virtuallaşma, təkrar emal, enerjinin idarə olunması, telekommunikasiya İKT sektorunun ekoloji cəhətdən təmiz olmasına mühüm töhfələr verib. Bu texnologiyalar tullantıların azaldılması, enerji səmərəliliyinin artırılması və resursların daha effektiv istifadəsinə imkan yaradır. Bundan əlavə, Sənaye 4.0 bu prosesləri daha da irəli apararaq avtomatlaşdırma, süni intellekt və əşyaların interneti kimi qabaqcıl texnologiyalar vasitəsilə ətraf mühitə olan təsiri minimuma endirməklə yanaşı, daha dayanıqlı və səmərəli istehsal proseslərini dəstəkləyir.

Sonra məruzəçi yaşıl hesablamalar sahəsində innovativ həllər və texnologiyalar haqqında bəhs edərək “Apple” şirkətinin təchizatçılar üçün təmiz enerji proqramını qeyd edib. Bildirib ki, bu proqram şirkətin birbaşa istehsalat xərclərinin 85 faizdən çoxunu təşkil edir.

O.Mehdiyev diqqətə çatdırıb ki, yaşıl hesablama strategiyası yalnız karbon emissiyasının minimuma endirilməsinə deyil, eləcə də resursların optimallaşdırılmasına, enerji səmərəliliyinin artırılmasına və dayanıqlı ekoloji infrastrukturun yaradılmasına yönəlib. Süni intellekt, kvant və biokompüterlər sahəsində əldə olunan nailiyyətlər, enerjiyə qənaət edən mikroçip arxitekturaları sayəsində İKT-nin təbiətə mənfi təsirinin azaldılması və daha dayanıqlı, ekoloji təmiz gələcəyin yaradılması mümkündür.

Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

17 sentyabr, 09:34

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.