Bütün xəbərlər
24 yanvar, 15:50

Qızmar istilik, təsəvvürəgəlməz təzyiq və bəzi sürpriz brilyantlar: bunların hamısı Yer kürəsinin dərinliklərində mövcuddur.

Yer kürəsinin daxili qatlarını: daxili nüvəni, xarici nüvəni, mantiyanı və qabığını alimlər dərindən öyrəniblər. Bununla belə, planetimizin daxili strukturları ilə bağlı hələ də həll olunmamış çoxsaylı sirlər mövcuddur.

Yer kürəsi mərkəzindən səthinə qədər dörd əsas təbəqədən ibarətdir: daxili nüvə, xarici nüvə, mantiya və qabıq. Daxili nüvədən başlayaraq ən yuxarı təbəqəyə qədər hər bir qat unikal xüsusiyyətlərə malikdir. Bu qatları insanlar şəxsən araşdıra bilməsələr də, alimlər zəlzələ dalğalarının müxtəlif sıxlığa malik qatlarla keçidini araşdıraraq Yerin daxili strukturu haqqında çox şey öyrəniblər.

Daxili nüvə
Daxili nüvə bərk metallardan ibarətdir və radiusu təxminən 1220 kilometrdir (Ayın radiusunun dörddə üçü qədər). Yer səthindən təxminən 5180-6400 kilometr dərinlikdə yerləşir. Burada temperatur təxminən 5400 dərəcəyə çatır və təzyiq Yerin səthindəki təzyiqdən milyonlarla dəfə yüksəkdir. Əsasən dəmir və nikel elementlərindən ibarət olan bu qatın bəzi tədqiqatlara görə, başqa bir daha kiçik nüvəsi də ola bilər.

Xarici nüvə
Xarici nüvə də dəmir və nikeldən ibarətdir, lakin bu qat maye haldadır. Bu təbəqə Yer səthindən 2880-5180 kilometr dərinlikdə yerləşir. Burada radioaktiv elementlərin parçalanması nəticəsində istilik yaranır və maye böyük cərəyanlar əmələ gətirir. Bu cərəyanlar isə Yerin maqnit sahəsini yaradır.

Mantiya
Təxminən 3000 kilometr qalınlığında olan mantiya Yerin ən qalın qatıdır və səthdən cəmi 30 kilometr dərinlikdən başlayır. Əsasən dəmir, maqnezium və silisiumdan ibarət olan bu qat yarıbərk halda (karamel konsistensiyasında) olur. Mantiya həmçinin litosfer və astenosfer adlı iki alt təbəqəyə bölünür. Astenosferdə qaya qismi əriyərək yer qabığının üzərində hərəkət etməsinə şərait yaradır. 

Diamantlar isə mantiyanın dərinliklərində yaranır. Əksər brilyantlar 200 kilometr dərinlikdə formalaşır, lakin "superdərin" brilyantlar 700 kilometrə qədər dərinlikdə əmələ gəlir.

Yer qabığı 
Yer qabığı, sərt bişmiş yumurtanın qabığı kimi nazik, sərt və kövrəkdir. Əsasən silisium, oksigen və alüminium elementlərindən ibarət olan qabıq okeanlarda cəmi 5 kilometr, qitələrin altında isə 30–70 kilometr qalınlığında ola bilər.  

Bu nazik qabıq və mantiyanın yuxarı hissəsi birlikdə litosfer adlanır. Litosfer böyük lövhələrə bölünür, bu lövhələr ildə 3–5 sm hərəkət edir və onların qarşılıqlı təsiri nəticəsində zəlzələ və vulkan püskürmələri baş verir.

Yer kürəsinin daxili strukturları haqqında biliklərimiz artdıqca planetimizin fəaliyyətinin dərin sirlərini də anlamaq mümkün olacaq.

Mənbə: snexplores.org

Şərhlər

Xəbər lenti

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

16 oktyabr, 11:56

MDU türk dünyası universitetləri ilə mübadilə imkanlarını genişləndirir 

16 oktyabr, 11:54

Kokand Universitetinin müəllimi AzMİU-da olub

16 oktyabr, 11:17

UNEC-in Startap İnkubasiya Mərkəzi beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 11:13

“Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın məlumat sessiyası keçirilib

16 oktyabr, 10:54

ADNSU-da vakansiyalar: Əməkhaqqı 3000 manatdan yüksəkdir

16 oktyabr, 10:50

“Rəqəmsal kommunikasiya və peşəkar imic” mövzusunda seminar keçirilib

16 oktyabr, 10:42

Elmi məqalə yazanda süni intellektdən istifadə edilsə, elm bitər - Əcnəbi professorla MÜSAHİBƏ

16 oktyabr, 10:13

ADPU-nun Strateji İnkişaf Mərkəzi vakansiya elan edir

16 oktyabr, 10:04

Professor: Rəqəmsal texnologiyalar və süni intellekt dilçilik tədqiqatlarını genişləndirir

15 oktyabr, 17:52

Dövlət bağçasına gedən uşaqlar dövlət hesabına özəl bağçada təhsil ala bilərmi?

15 oktyabr, 17:39

Vüsalə Əliyeva: Valideynlər bağçalarla bağlı qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər

15 oktyabr, 17:35

Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qəbul üçün tarix açıqlanıb

15 oktyabr, 17:30

Bəzi bağçalar qrant müsabiqəsində iştirak edə bilmək üçün təhsil haqlarını endiriblər 

15 oktyabr, 17:27

Sabahdan hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

15 oktyabr, 17:24

Bu il 5000-dən artıq uşaq qrant hesabına məktəbəqədər təhsilə cəlb ediləcək

15 oktyabr, 17:04

BSU-da maarifləndirici təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.