Bütün xəbərlər
23 aprel, 16:59

Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü nəticəsində reallaşdırılan və ölkənin ən istedadlı şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının Mərkəzi Aran regionu üzrə final mərhələsi baş tutub. Bu mərhələ intellektual hazırlığın və fənn biliklərinin qiymətləndirilməsi, təhsil sisteminin perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə kimi yadda qalıb.

İki əsas istiqamət – şahmat və bilik müsabiqələrindən ibarət olan olimpiada Yevlax, Mingəçevir, Zərdab, Ucar, Kürdəmir, Göyçay və Ağdaş rayonlarının seçilmiş məktəbliləri arasında gərgin mübarizə ilə keçib.

Tədbiri giriş nitqi ilə açan Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadlı olimpiadanın əhəmiyyətini vurğulayıb: “Şagirdlər sadəcə bir yarış üçün deyil, gələcəyin formalaşmasında iştirak etmək üçün bir aradadırlar. Hər biriniz  öz rayonunuzda intellektual və akademik səviyyənizlə fərqlənərək bu mərhələyə yüksəlmisiniz. Sizin bu səviyyəyə çatmağınız təhsilə olan inamınızın, əzminizin və zəhmətinizin nəticəsidir. Biz Mərkəzi Aran regionu olaraq gənc nəslimizin belə bir mötəbər yarışda parlamasından qürur duyuruq”.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov olimpiadanın bu şəhərdə keçirilməsini yüksək qiymətləndirib:

“Mingəçevir bu gün Azərbaycanın intellektual həyatında vacib bir hadisəyə ev sahibliyi edir. Bu yarış təkcə məktəblilərin bilik səviyyəsini yoxlamaq üçün deyil, eyni zamanda, onların elmi axtarışa olan marağını, yeniliklərə açıq düşüncə tərzini və komanda ruhunu gücləndirmək üçün mühüm platformadır. Bu gün burada parlayan gənclər sabahın alimləri, mühəndisləri, pedaqoqları və rəhbərləri olacaqlar. Bu günün qalibləri sabahın qurucularıdırlar”.

Sonra olimpiadanın spikeri, tanınmış təhsil ekspert  İnqilab Şirinli yarışın strukturu və qiymətləndirmə sistemi barədə geniş məlumat verdi. O bildirdi ki, suallar fərqli çətinlik dərəcələrinə əsasən hazırlanıb və buna uyğun bal dəyəri müəyyən edilib:

“Qiymətləndirmə sistemimiz şagirdlərə analitik düşünməyi, prioritetləşdirməyi və strateji qərar verməyi öyrədir. Asan suallar daha az bal gətirir, orta səviyyəli suallar müvafiq bal, daha çətin suallar isə yüksək bal dəyərinə malikdir”.

Bilik istiqaməti üzrə yarış isə xüsusilə gərgin keçdi. Bu mərhələdə rayonlar arasında fərqlənən Mingəçevir şəhərinin komandası qalib oldu. Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova qalib şagirdləri təbrik edərək bildirib ki, bu komandanın qalibiyyəti arxasında sistemli hazırlıq dayanır. Onların hər biri respublika və beynəlxalq səviyyəli yarışlarda öz sözünü deyən şagirdlərdir. Bu nəticə Mingəçevir təhsilinin sistemli inkişafının göstəricisidir. Bu uğur müəllim-şagird əməkdaşlığının, valideyn dəstəyinin və düzgün strategiyanın nəticəsidir”.

Komandanın kapitanı Məhəmməd Əliyev qalibiyyət haqqında təəssüratlarını bizimlə bölüşüb:

“Biz yarışa qatılarkən bilirdik ki, əsas məsələ düzgün yanaşmadır. Hədəfimiz asan suallardan bal toplamaq əvəzinə ən çətin sualları cavablandırmaq olub. Sualların çətinlik dərəcəsinə görə bal sisteminin qurulması çox ədalətli idi. Biz komanda şəklində strateji yanaşma ilə suallara cavab verdik və bu bizi qalib etdi. Elm və Təhsil Nazirliyinə şəffaf və obyektiv qiymətləndirmə üçün minnətdarıq. İndi hədəfimiz respublika mərhələsində də birinciliyi qazanmaqdır”.

1 /7

Şərhlər

Xəbər lenti

24 may, 20:34

Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb

24 may, 15:50

Bakıdakı 25 saylı uşaq bağçası ilə bağlı vəziyyət nəzarətə götürülüb

24 may, 15:06

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu keçirilib

24 may, 13:01

7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…

24 may, 12:58

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib

24 may, 10:42

“Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” adlı tədbir keçirilib

24 may, 01:10

IX siniflərin buraxılış imtahanının nəticələri AÇIQLANDI

23 may, 22:33

Naxçıvanın təhsil naziri “Son zəng”lə bağlı tapşırıqlar verib

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:54

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.