|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan müəllimlərinin qurultayları tarixindən IX
qurultayın gündəliyindən Azərbaycan
müəllimlərinin ali məclisi ilə əlaqədar
Respublika Maarif Nazirliyi Xalq Maarifi Muzeyi ilə birlikdə 32
stenddən ibarət "Qurultaydan-qurultaya" adlı
sərgi təşkil etmişdi. Burada 1967-ci ildən
1978-ci ilə qədərki müddətdə maarif ocaqlarının
tikintisi, məktəb şəbəkəsinin genişləndirilməsi,
təlim-tərbiyə sahəsində qabaqcıl pedaqoji
təcrübə ilə bağlı dəyərli
materiallar əksini
tapmışdı. 1978-ci
il mayın 18-19-da keçirilmiş IX qurultaya Azərbaycan KP
MK-nın təbriki göndərilmişdi. Qurultaya geniş
tərkibdə Rəyasət heyəti, katiblik və
redaksiya komissiyası seçilmişdi. Qurultayda
Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd,
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev geniş
nitq söyləmiş, respublikanın xalq təsərrüfatı
sahələrində qazanılmış uğurları
təhlil etmiş, xalq maarifi sahəsində
vəzifələrin şərhini vermişdir. Azərbaycan
SSR maarif naziri M.Mehdizadə "Sov.İKP XXV qurultayının
qərarlarını və "ümumtəhsil
məktəbləri şagirdlərinin təlimini,
tərbiyəsini və əməyə hazırlanmasını
daha da təkmilləşdirmək haqqında" Sov.İKP
MK-nın və SSRİ Nazirlər Sovetinin qərarını
yerinə yetirmək sahəsində respublika xalq maarifi
orqanlarının və pedaqoji kollektivlərin
vəzifələri haqqında" məruzə etmişdir.
Nazir hamılıqla orta təhsilə keçildiyini,
təhsilin yeni məzmununa keçilməsinin başa çatdırıldığını,
məktəb işlərinin modernləşdirildiyini, müəllim
kadrları tərkibinin yaxşılaşdırıldığını,
tədris ocaqlarının maddi-texniki bazasının xeyli
möhkəmləndirildiyini məlumat vermişdir. Zəngin
fakt, rəqəm və təcrübə nümunələrinin
təqdir və təhlil olunduğu məruzə ətrafında
qurultay nümayəndələri çıxış etmiş, müttəfiq
respublikalardan gəlmiş qonaqların təbrikləri
dinlənilmişdir. Sonra
qurultayın respublikanın bütün müəllimlərinə,
xalq maarifi işçilərinə və ictimaiyyətinə müraciəti
oxunub qəbul olunmuşdur. X
qurultayın gündəliyindən Azərbaycan
müəllimlərinin bu qurultayı V.İ.Lenin adına
Sarayda 23 may 1987-ci il tarixdə başlamışdır.
Geniş tərkibdə redaksiya, mandat komissiyaları seçilmiş
ali məclisi giriş sözü ilə Yevlax rayonundakı Xaldan
kənd orta məktəbinin direktoru, SSRİ xalq müəllimi
Z.Şöyübov açmışdır. Qurultayda
Azərbaycan SSR maarif naziri K.Rəhimov və Respublika Dövlət
Texniki Peşə Təhsili Komitəsinin sədri H.İsayev
məruzə etmişlər. Müzakirələrdə
Tovuz rayonundakı Bozalqanlı kənd orta məktəbinin
müəllimi, Sosialist Əməyi Qəhrəmanı
M.Quliyev, Naxçıvan MSSR maarif naziri R.Hüseynov, Yazıçılar
İttifaqı İdarə Heyətinin katibi C.Novruz, Göyçay
şəhərindəki 9 nömrəli orta məktəbin müəllimi
Z.Vəliyeva və başqaları çıxış etmişlər. Sonda
respublika müəllimlərinə və ictimaiyyətinə
müraciət qəbul edilmiş, Azərbaycan ümumtəhsil
məktəbinin Nizamnaməsi təsdiq olunmuş, SSRİ
müəllimlərinin V qurultayına nümayəndələr
seçilmişdir. |